Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Şimşək çaxacaq – Dolu düşəcək
  • Azərbaycanda yumurta niyə 1 qəpiyə düşüb? – Səbəb AÇIQLANDI
  • Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi – Anbaan video
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Pensiyalardan əlavə bu şəxslərə ÖDƏNİŞLƏR EDİLƏCƏK

Pensiyalardan əlavə bu şəxslərə ÖDƏNİŞLƏR EDİLƏCƏK

İqtisadiyyat Ariz Əhədov19.09.2025 - 09:38
Man using a ATM
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanda dövlət pensiya sistemindən fərqli olaraq, vətəndaşların könüllü şəkildə topladığı vəsaitlərin qorunmasını təmin edən özəl pensiya fondlarının yaradılması istiqamətində işlərə başlanılıb.

Bu fondların əsas məqsədi vətəndaşların pensiya yaşına çatdıqdan sonra yalnız dövlət təminatı ilə kifayətlənməməsi, əlavə olaraq özəl fondlardan da ödənişlər alaraq maddi vəziyyətlərini yaxşılaşdırmasıdır.

Yeniera.az itv-yə istinadən xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin sözlərinə görə, hazırda bu istiqamətdə qanunvericilik bazasının hazırlanması prosesi gedir. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanır və hökumət daxilində razılaşdırma mərhələsindədir. Gözlənilir ki, sənəd ya payız, ya da yaz sessiyasında Milli Məclisə təqdim olunsun.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdirinin müavini Emil Əliyev bildirib ki, Avropa İttifaqının maliyyələşdirdiyi çərçivə-saziş layihəsi çərçivəsində beynəlxalq ekspertlər də prosesə cəlb ediliblər. Nazirlik nümayəndələrinin iştirakı ilə yaradılmış işçi qrup hazırda layihə üzərində təkmilləşdirmə işlərini aparır.

Mütəxəssislər bildirirlər ki, dövlət pensiya sistemindən fərqli olaraq, özəl fondlar topladıqları vəsaitləri investisiya edərək artırırlar. Lakin bu vəsaitlərin harada və necə yerləşdirilməsi xüsusi qaydalarla tənzimlənəcək. İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da vətəndaşların vəsaitlərinin risk altında qalmaması üçün zəmanət mexanizminin tətbiqi nəzərdə tutulur.

İqtisadçı Xalid Kərimli isə qeyd edib ki, Qərb təcrübəsinə əsasən, vətəndaşlar pensiya yaşına çatdıqda toplanmış vəsaiti ya birdəfəlik götürmək, ya da hissələrə bölünmüş şəkildə almaq imkanına malik olurlar. Üstəlik, özəl pensiya sxemlərində vərəsəlik hüququ da mövcuddur.

Mütəxəssisin sözlərinə görə, əmək bazarında rəqabət mühitinə uyğun olaraq şirkətlər işçilərinə əlavə stimullar təklif edə bilər. Necə ki, əməkhaqqı paketinə bonuslar daxil edilirsə, eyni qaydada özəl pensiya sxemi də əmək müqaviləsinə əlavə edilə bilər.

Beləliklə, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlət təminatı ilə kifayətlənməyəcək, həm də özəl pensiya fondlarından gəlir əldə etməklə daha yaxşı maddi şəraitə sahib ola biləcəklər.

Ətraflı süjetdə:

Bənzər Xəbərlər

21.06.2026 - 15:30Ariz Əhədov

Şimşək çaxacaq - Dolu düşəcək

21.06.2026 - 15:16Ariz Əhədov

Azərbaycanda yumurta niyə 1 qəpiyə düşüb? - Səbəb AÇIQLANDI

21.06.2026 - 12:18Ariz Əhədov

Ermənistanda KRİTİK günlər başladı - Plan baş tutarsa...

21.06.2026 - 12:16Ariz Əhədov

TƏBİB-dən çıxarılan Anar İsrafilovun yeni iş yeri məlum oldu – Direktor göndərilir

21.06.2026 - 11:55Ariz Əhədov

Prezident qəbul keçirdi - Fotolar

21.06.2026 - 11:50Ariz Əhədov

Azərbaycandan Ermənistana 17 vaqon yanacaq göndərildi

21.06.2026 - 11:13Ariz Əhədov

Gəncədə 11-ci sinif şagirdinin meyiti tapıldı

21.06.2026 - 10:50Ariz Əhədov

İlham Əliyev hədəfi açıqladı – Yükdaşımadan gəlirlər ikiqat artacaq

21.06.2026 - 00:41Ariz Əhədov

Azərbaycan XİN BƏYANAT YAYDI

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 770

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 189

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.