Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Pensiyalar 10 faiz artıb – Nazirlik
  • “Beton Manalit İşləri” TikTok-da tikinti layihələrini nümayiş etdirir
  • Şahin Hüseynli vəzifələrindən azad edildi – Foto
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Pensiyasını dəyişmək istəyənlərə VACİB XƏBƏR

Pensiyasını dəyişmək istəyənlərə VACİB XƏBƏR

İqtisadiyyat Ariz Əhədov16.06.2026 - 09:08
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Pensiyanın hər üç növü – yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiyalar üzrə sığorta göstəricilərinə əsaslanan ayrıca hesablanma qaydaları mövcuddur. Eyni zamanda, vətəndaşın bu pensiya növlərindən bir neçəsini almaq hüququ varsa, o, öz seçimi ilə bir pensiya növündən digərinə keçə bilər.

Yeniera.az xəbər verir ki, bunu DOST TV-də yayımlanan “Sosial saat” verilişində Dövlət Sosial Müdafiə Fondunun Pensiya və digər sosial ödənişlər üzrə təminat departamentinin müdiri Eyvaz İsmayılov bildirib.

O qeyd edib ki, əlilliyə görə pensiya alan şəxs yaşa görə pensiyaya, yaşa görə pensiya alan şəxs ailə başçısını itirməyə görə pensiyaya, yaxud əksinə, ailə başçısını itirməyə görə pensiya alan şəxs yaşa və ya əlilliyə görə pensiyaya keçmək hüququna malikdir:

“Pensiya növlərinin hesablanma qaydaları fərqli olduğundan, bir növdən digərinə keçid zamanı vətəndaşın mövcud sığorta göstəriciləri əsasında yenidən hesablanma aparılır. Məsələn, əlilliyə görə pensiya alan şəxs yaşa görə pensiyaya keçmək istədikdə, onun yaşa görə pensiya hüququ və məbləği yenidən müəyyənləşdirilir.

Əgər yeni hesablanmış yaşa görə pensiyanın məbləği vətəndaşın hazırda aldığı əlilliyə görə pensiyadan yüksəkdirsə, həmin pensiya növünə keçid məqsədəuyğun hesab olunur və pensiya bu əsasla təyin edilir. Əks halda, vətəndaş daha yüksək məbləğli pensiyanı seçmək hüququnu saxlayır”.

Departament müdiri onu da diqqətə çatdırıb ki, praktikada nəzərə alınmalı vacib məqamlardan biri də pensiyaların hər il indeksləşdirilməsidir:

“Pensiya təyin edildikdən sonra onun məbləği indeksasiya yolu ilə artırılır. Məsələn, şəxs uzun müddət əvvəl əlilliyə görə pensiyaya çıxıbsa, həmin pensiya illər ərzində indeksləşdirilərək artırılıb. Lakin o, sonradan yaşa görə pensiyaya keçərsə, yeni təyin olunan pensiya üzrə indeksləşmə yalnız həmin pensiyanın təyin edildiyi tarixdən sonrakı dövr üçün tətbiq olunacaq.

Bu səbəbdən bəzi hallarda əlilliyə görə pensiyanın məbləği yaşa görə hesablanmış pensiyadan daha yüksək ola bilər və vətəndaş pensiya növünü dəyişməyi məqsədəuyğun hesab etməyə bilər. Bununla belə, qanunvericiliyə əsasən, vətəndaşın bir pensiya növündən digərinə keçməsinə hər hansı məhdudiyyət qoyulmayıb. Şəxs istənilən vaxt müraciət edərək pensiyasının növünün dəyişdirilməsini tələb edə bilər”, – deyə E.İsmayılov əlavə edib.

Bənzər Xəbərlər

18.09.2026 - 20:40Gülnar Əliyeva

Pensiyalar 10 faiz artıb - Nazirlik

18.09.2026 - 20:37Gülnar Əliyeva

“Beton Manalit İşləri” TikTok-da tikinti layihələrini nümayiş etdirir

18.09.2026 - 20:15Gülnar Əliyeva

Şahin Hüseynli vəzifələrindən azad edildi - Foto

18.09.2026 - 20:00Gülnar Əliyeva

Universitetdən qovulan tələbə şok video yaydı: Planı kim qurubmuş?  

18.09.2026 - 19:48Gülnar Əliyeva

Nazir onu vəzifəsindən AZAD ETDİ

18.09.2026 - 18:20Gülnar Əliyeva

Əməkdar artist komaya düşüb - FOTO

18.09.2026 - 12:12Gülnar Əliyeva

Regionda hava soyuyur: ilk qar yağacaq – TARİX

18.09.2026 - 11:38Gülnar Əliyeva

DSX-nin tanınmış generalı vəfat etdi - FOTO

18.09.2026 - 11:25Gülnar Əliyeva

Bu 4 bürcə ŞAD XƏBƏR - Sentyabrın ikinci yarısından...

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 057

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 094

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 023

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 815
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.