Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu tarixdə külək güclənəcək – XƏBƏRDARLIQ
  • Yeni cərimələr TƏSDİQLƏNDİ: 550 manatdan 2500 manatadək
  • Prezident Kasım-Jomart Tokayevi təbrik etdi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Manşet»Prezident Kasım-Jomart Tokayevi təbrik etdi

Prezident Kasım-Jomart Tokayevi təbrik etdi

Manşet Yeni Era16.03.2026 - 16:28
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.

Yeniera.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Kasım-Jomart Kemeleviç,

Qazaxıstan Respublikasının yeni Konstitusiyası üzrə referendumun müvəffəqiyyətlə başa çatması münasibətilə Sizi və Sizin simanızda qardaş Qazaxıstan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Referendumun nəticəsi – yeni Konstitusiyanın qəbulu xalqınızın birliyinin və milli iradəsinin bariz ifadəsi, Sizə olan böyük inam və etimadının təzahürü, Qazaxıstanın rifahı naminə yürütdüyünüz qətiyyətli siyasətə dəstəyinin göstəricisidir. Heç şübhə yoxdur ki, siyasi sistemin modernləşdirilməsini və idarəetmə modelinin təkmilləşdirilməsini nəzərdə tutan bu mühüm hadisə Qazaxıstanın tarixində yeni mərhələnin başlanğıcını qoyaraq qardaş ölkənizin hərtərəfli inkişafına töhfə verəcək, onun beynəlxalq müstəvidə rolunu və mövqeyini daha da gücləndirəcəkdir.

Əminəm ki, xalqlarımızın ortaq tarixindən, zəngin mənəvi dəyərlərindən güc alan, dostluğa, qardaşlığa, qarşılıqlı etimad və dəstəyə əsaslanan
Azərbaycan-Qazaxıstan əlaqələri, strateji tərəfdaşlığı və müttəfiqliyi bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və daha da möhkəmlənməyə davam edəcəkdir.

Hörmətli Kasım-Jomart Kemeleviç, bu böyük zəfər münasibətilə Sizə bir daha təbriklərimi çatdırır, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Qazaxıstan xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Bənzər Xəbərlər

16.03.2026 - 15:06Yeni Era

Aprelin 17-si ilə bağlı əhaliyə xəbərdarlıq

16.03.2026 - 15:03Yeni Era

Sahibə Qafarova Lu Mey ilə görüşdü

16.03.2026 - 12:43Ariz Əhədov

 İlham Əliyev SƏRƏNCAM İMZALADI

16.03.2026 - 12:18Ariz Əhədov

Nazirlər Kabineti karantin rejimi ilə bağlı QƏRAR VERDİ

16.03.2026 - 10:35Ariz Əhədov

Prezident bu şəxslərlə bağlı SƏRƏNCAM İMZALADI

13.03.2026 - 00:38Ariz Əhədov

Üç dövlət qurumu birgə məlumat yaydı

12.03.2026 - 18:10Ariz Əhədov

İran səfiri Azərbaycana təşəkkür etdi - Video

12.03.2026 - 15:35Ariz Əhədov

Rusiya təyyarəsi Lənkəran aeroportuna endi - Yenilənib

12.03.2026 - 12:30Ariz Əhədov

Prezident Jelka Tsviyanoviçlə görüşdü - Fotolar

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 172

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 676

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 351

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 770
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.