Xəbər verdiyimiz kimi, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub.

Yeniera.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan konsert zamanı eyni masada yanaşı əyləşərək söhbətləşiblər.

Qeyd edək ki, İlham Əliyev və Nikol Paşinyan sonuncu dəfə avqustun 31-də Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşü çərçivəsində görüşüblər.

Exit mobile version