Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Onların maaşı 22,8% artacaq — ŞAD XƏBƏR
  • Aydın Nəsimiyev vəfat etdi – FOTO
  • Manaf Ağayevə AĞIR İTKİ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Prezidentlə Kobaxidze görüşdü – Fotolar

Prezidentlə Kobaxidze görüşdü - Fotolar

Siyasət Ariz Əhədov18.05.2026 - 15:41
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü olub.

Yeniera.az xəbər verir ki, dövlət başçısı bu ilin aprelində Gürcüstana dövlət səfərini məmnunluqla xatırlayıb, bu səfərin münasibətlərimizin möhkəmlənməsi işinə verdiyi töhfəni qeyd edib.

Prezident İlham Əliyev bu gün imzalanacaq sənədlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətinə toxunub.

Qəbula görə dövlət başçısına minnətdarlığını bildirən qonaq Azərbaycanda olmaqdan xüsusi məmnunluq hissi keçirdiyini deyib.

Prezident İlham Əliyevə Gürcüstana dövlət səfəri etdiyinə görə minnətdarlığını bildirən İrakli Kobaxidze bu səfərin hər kəsdə dərin təəssüratlar oyatdığını vurğulayıb.

Qonaq Azərbaycan ilə Gürcüstanın bir çox ölkələr üçün bağlantılar baxımından vacib rol oynadığını qeyd edib və gələcəkdə bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsinin önəminə toxunub.

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentini təbrik edən İrakli Kobaxidze tədbirin dünya şəhərsalma gündəliyini müzakirə etmək üçün yaxşı platforma olduğunu deyib.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.

Görüşdə ölkələrimiz arasında mehriban qonşuluq və dostluğa əsaslanan münasibətlərin bir çox istiqamət üzrə dinamik inkişafına toxunuldu, ikitərəfli gündəliyimizin çox geniş olduğu qeyd edilib. Siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat, logistika, sərmayələr və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin mökləmlənməsində rolu vurğulanıb.

Sonra Prezident İlham Əliyevin və Baş nazir İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycan Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş, Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş və “Bakı–Tbilisi–Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb.

Bənzər Xəbərlər

25.09.2026 - 09:00Gülnar Əliyeva

Bayramovla Mirzoyan Nyu-Yorkda görüşdü - Fotolar

24.09.2026 - 20:15Gülnar Əliyeva

Ceyhun Bayramov İƏT-də çıxış etdi - Fələstinlə bağlı danışdı

24.09.2026 - 19:10Gülnar Əliyeva

Prezident qanunu imzalamadan Milli Məclisə geri QAYTARDI

24.09.2026 - 18:10Gülnar Əliyeva

Prezident məktəblərlə bağlı FƏRMAN İMZALADI

24.09.2026 - 16:22Gülnar Əliyeva

Prezident bu icra başçısını vəzifəsindən azad etdi

24.09.2026 - 13:14Gülnar Əliyeva

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul etdi - Foto

24.09.2026 - 13:11Gülnar Əliyeva

Formula 1 üzrə 10-cu Azərbaycan Qran-Prisi başladı

24.09.2026 - 11:33Gülnar Əliyeva

SON DƏQİQƏ! Xəzərdə zəlzələ oldu

24.09.2026 - 11:28Gülnar Əliyeva

“Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil” - Əli Nağıyev

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 101

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 123

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 041

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 830
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.