Rusiya Prezidenti Vladimir Putinin təyyarəsi Moskvada enə bilməyib.
Yeniera.az xəbər verir ki. hava hücumundan müdafiə məqsədilə hava limanlarına tətbiq edilən “Xalça planı” səbəbindən Türkmənistandan qayıdan təyyarə havada dövrə vurmalı olub.
Məlumata görə, “Rossiya” Xüsusi Uçuş Dəstəsinə məxsus dörd təyyarə Moskva yaxınlığında gözləmə rejimində dövrə vurur. Onlardan üçü Putinin səfərinin başa çatdığı Türkmənistanın Türkmənbaşı hava limanından yola düşüb.
Məlumata əsasən, təyyarələrdən ikisinin Sankt-Peterburqda eniş edə biləcəyi ehtimal olunur.


