Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992 ▼0.0061
  • 100 RUB 2.0276 ▲0.0328
  • GBP 2.2468 ▼0.0046
  • TRY 0.0344 ▼0.0001
  • CNY 0.2539 ▼0.0001
  • GEL 0.6553 ▼0.0004
  • 100 KZT 0.3762 ▲0.0011
  • UAH 0.0377 ▼0.0002
  • AED 0.4628
İdman

“Qarabağ” Vətənə qayıtdı – VİDEO

“Qarabağ” Vətənə qayıtdı – VİDEO

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada “Benfika”nı 3:2 hesabı ilə məğlub edən “Qarabağ” komandası Vətənə qayıdıb.

Yeniera.az xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ağdam təmsilçisinin nümayəndələri, azarkeşlər və media mənsubları qarşılayıblar.

Oyuna inamsız başlayan “Qarabağ” 6-cı və 16-cı dəqiqələrdə buraxılan qollarla hesabda 2 top fərqi ilə geri düşüb. Buna baxmayaraq, ruhdan düşməyən Azərbaycan çempionu 30-cu dəqiqədə Leandro Andradenin qolu ilə hesab arasındakı fərqi azaldıb. İlk hissə rəqibin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci yarıya əla start verən ağdamlılar yeni transferi Kamilo Duranın dəqiq zərbəsi ilə tarazlığı bərpa edib. Matçda son nöqtəni isə 86-cı dəqiqədə Aleksey Kaşuk qoyub. Bununla da “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.

 

Paylaş: