Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “İzmir Residence” sakinləri “İzmir Restoran”dan şikayətçidirlər – “Mitinq etmək istəyirik”
  • Hərbi möhlətlər bu halda ləğv ediləcək – Xəbərdarlıq
  • Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında iştirak edib
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Qaxda 722 min manatlıq yol təmiri – Layihəni 10 manatlıq şirkət icra edəcək

Qaxda 722 min manatlıq yol təmiri - Layihəni 10 manatlıq şirkət icra edəcək

İqtisadiyyat Gülnar Əliyeva26.08.2026 - 14:25
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Qax Rayon İcra Hakimiyyəti Qax şəhərinin küçələrində yol və səkilərin əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, satınalmanın qalibi “VNM İnşaat” MMC seçilib.

Təmir işlərinin həyata keçirilməsi üçün şirkətlə 722 695,84 manat məbləğində müqavilə bağlanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “VNM İnşaat” MMC 13 mart 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır.

Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 15-dir. Şirkətin qanuni təmsilçisi Vüqar Məhəmməd oğlu Nağıyevdir.

Açıq internet resurslarında “VNM İnşaat” MMC və onun qanuni təmsilçisi Vüqar Nağıyev barədə geniş məlumat yoxdur.

Araşdırma zamanı məlum olub ki, Vüqar Nağıyev 2024-cü ilə qədər “VNM Servis” MMC və “VNM İnvest” MMC-nin də qanuni təmsilçisi olub. Hər iki şirkət “VNM İnşaat” MMC ilə eyni tarixdə — 13 mart 2023-cü ildə təsis edilib.

Şirkətlərin adlarında yer alan “VNM” abreviaturasının Vüqar Nağıyevin adı, soyadı və atasının adının baş hərfləri ilə uyğunluq təşkil etməsi də diqqət çəkir. Bununla belə, sözügedən üç şirkətin eyni şəxsə məxsus olması barədə açıq mənbələrdə təsdiqlənmiş məlumat yoxdur.

Dövlət satınalmalarının vahid internet portalında aparılan araşdırmaya görə, “VNM İnşaat” MMC 2026-cı ildə bir neçə satınalma müsabiqəsinin qalibi olub. Qax Rayon İcra Hakimiyyəti ilə bağlanan 722 695,84 manatlıq müqavilə də şirkətin son tenderlərindən biridir.

“VNM Servis” MMC və “VNM İnvest” MMC də müxtəlif dövlət satınalmalarında iştirak edib.

Bənzər Xəbərlər

26.08.2026 - 16:08Gülnar Əliyeva

Hava ilə bağlı xəbərdarlıq: Avqustun 27-dən 30-a qədər...

26.08.2026 - 15:53Gülnar Əliyeva

Nazirliklə məmurun təsis etdiyi şirkət arasında 15 min manatlıq satınalma müqaviləsi

26.08.2026 - 15:40Gülnar Əliyeva

Bu generalımız da vəzifəli şəxsin oğlu imiş - FOTO

26.08.2026 - 14:55Gülnar Əliyeva

İlham Əhmədova AĞIR İTKİ - FOTO

26.08.2026 - 14:43Gülnar Əliyeva

Bu ərazidə qaz kəsiləcək

26.08.2026 - 12:40Gülnar Əliyeva

ABB-nin bankomatı vətəndaşı belə çətin vəziyyətə saldı – VİDEO

26.08.2026 - 12:15Gülnar Əliyeva

Rəşad Əliyevə vəzifə verildi

26.08.2026 - 11:56Gülnar Əliyeva

Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - Foto

26.08.2026 - 11:43Gülnar Əliyeva

Rüfət Əzizov onu direktor təyin etdi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 887

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 982

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 935

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 752
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.