Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Çıxarışlarla bağlı ŞAD XƏBƏR: Milli Məclisdən önəmli qərar
  • Ali Məhkəmənin hakiminə ağır itki üz verdi
  • Elburus İsmayılov VƏFAT ETDİ – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Qaz və işıq limitləri ləğv olunsun! – DEPUTAT

Qaz və işıq limitləri ləğv olunsun! - DEPUTAT

Gündəm Ariz Əhədov27.08.2025 - 15:24
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanda qaz və işığa görə sabit tarif tətbiq olunacaq. Bu, Milli Məclisdə qəbul edilən “Qaz təchizatı haqqında” və “Elektroenergetika haqqında” qanunlarda öz əksini tapıb.

Sözügedən qanunlara əsasən, istehlakçılar qaz və elektrik enerjisi təchizatı sisteminə qoşulan bütün sayğaclara görə aylıq 1 manat sabit tarif ödəməli olacaqlar. Yəni qaz və elektrik enerjisi işlətdin-işlətmədin sabit tarifi aybaay ödəmək lazım gələcək. Bu qaydanın 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir.

Qaz və işığa görə sabit tarif tətbiq olunması fonunda qaz və işıq limitlərinin ləğvi gündəmə gələ bilərmi?

Qeyd edək ki, qaz və işıqla bağlı limit 2016-cı ildən tətbiq edilib.

Hazırda aylıq elektrik enerjisi istehlakı 200 kilovat-saatadək olan istehlakçılar üçün ödəniş 8,4 qəpik, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 10 qəpik, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 15 qəpik müəyyənləşdirilib.

Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün 12,5 qəpik, illik istehlak həcminin 1200 – 2500 m3 olan hissəsi üçün 22 qəpik, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün 30 qəpik müəyyən olunub.

Yeniera.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov Modern.az-a açıqlamasında bildirib ki, “Elektroenergetika haqqında” və “Qaz təchizatı” qanunları dövlət başçısının fərmanı ilə təsdiq olunub:

“Növbəti mərhələdə Tarif Şurası tərəfindən sabit tarifin məbləği müəyyənləşdiriləcək və bunun ardınca sabit tarifin tətbiqinə başlanılacaq. Yəni abonentlərin ödəyəcəyi məbləğin üzərinə onun enerjidən istifadə edib-etməməyindən asılı olmayaraq hər ay sabit tarif məbləği də əlavə olunacaq”.

Deputat qeyd edib ki, buna baxmayaraq, sabit tarifin tətbiqi heç də aylıq limitlərin ləğvi kimi başa düşülməməlidir:

“Qaz və işıq üçün limitlər qüvvədədir və abonentlər istifadə etdiyi enerjinin həcmindən asılı olaraq müəyyən limitlər çərçivəsində müəyyən olunmuş tariflə borcunu ödəyəcəklər. Amma çox istəyərdik ki, limitlər ləğv olunsun və bütün vətəndaşlar üçün məqbul orta bir tarif müəyyənləşsin. Bu da limitlərin tətbiqi ilə bağlı cəmiyyətdə artıq müzakirələrə son qoyar”.

Bənzər Xəbərlər

19.06.2026 - 12:55Ariz Əhədov

Ali Məhkəmənin hakiminə ağır itki üz verdi

19.06.2026 - 11:00Ariz Əhədov

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

19.06.2026 - 10:13Ariz Əhədov

Bakıda bu evlərin sahiblərinə yüksək məbləğdə pul veriləcək

18.06.2026 - 23:28Ariz Əhədov

Bu ixtisas qruplarının ballarında ARTIM OLACAQ

18.06.2026 - 23:25Ariz Əhədov

SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi

18.06.2026 - 22:00Ariz Əhədov

Tariximizin sirli günü – Həmin gecə prezident Bakını niyə tərk etmişdi?

18.06.2026 - 20:26Ariz Əhədov

Gələn həftə 3 gün ardıcıl iş olmayacaq

18.06.2026 - 20:13Ariz Əhədov

Bu rayonda 9 saat qaz olmayacaq

18.06.2026 - 20:00Ariz Əhədov

Hüseyn Orucəliyev vəfat etdi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 766

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 181

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.