Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Trampdan İranla bağlı ŞOK AÇIQLAMA: NƏ OLACAQ?
  • Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ
  • Messi yenidən “Barselona” forması geyinəcək – SON DƏQİQƏ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Özəl»“Rəsmi Paris geri addım atmağa borcludur” – Politoloq

“Rəsmi Paris geri addım atmağa borcludur” - Politoloq

Özəl Ariz Əhədov20.10.2025 - 16:49
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Fransa-Azərbaycan münasibətlərinin pisləşməsində təbii ki, əsas günahkar Fransanın özüdür”.

Bu fikirləri Yeniera.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, rəsmi Paris uzun illər ATƏT-in Misk qrupunun həmsədri olmasına baxmayaraq, Ermənistanı açıq şəkildə dəstəkləyirdi, hazırda mövzu olmayan “status kvonun” qorunub saxlanılmasında ən böyük xidməti də məhz Fransa göstərmişdi:

“Bu da azmış kimi fransalı rəsmilər vaxtilə işğal altına olan Qarabağ torpaqlarına dəfələrlə səfər edir, beynəlxalq hüququ pozur, Azərbaycan ərazilərinin bütövlüyünə hörmətsizlik edirdirlər. Fransa prezidenti Emmanuel Makron Fransa tarixində ermənilərə ən böyük dəstəyi verən şəxsdir. Ondan öncəki Fransa prezidentlərinin dövrlərində də Ermənistana dəstəyin şahidi olurduq. Amma ən azında diplomatik etiket qaydaları qorunur, Azərbaycanla münasibətlər pik nöqtədə gərginləşmirdi və faktiki olaraq ərazi bütövlüyümüzə də hörmət göstərilirdi”.

Politoloq qeyd edib ki, dəyişən şərtlər və mövcud reallıqlar Fransanı geri addım atmağa məcbur edir:

“Azərbaycanın 44 günlük müharibədən sonra əldə etdiyi zəfər, daha sonra isə bu zəfərimizin dünya ictimaiyyətinə tanıdılması prosesi, lokal xaraktelri antiterror əməliyyatları və bunun nəticələri artıq Fransanın geri addım atmasına səbəb olub. Yəni, Fransa artıq başa düşür ki, Azərbaycanla gərginliyi saxlamaq mənasızdır. Üstəlik, Azərbaycan təkcə Fransanın təzyiqlərinə sinə gərmədi, əksinə, Fransaya təzyiq etməyə də başladı. Söhbət Bakı Təşəbbüs Qrupunun fəaliyyəti, xüsusilə cənab Prezidentin Qoşulmama Hərəkatına sədrlik etdiyi yerlərdə Fransanın neonkolonist siyasətini ifşa etməsi, Mayotta adası, Korsika problemi, Yeni Kaledonya məsələlərini aktuallaşdırmağımızdan gedir. Eyni zamanda Fransa kəşfiyyatının Cənubi Qafqazdakı əməliyyatlarını ifşa etməyimiz də Fransanı ciddi şəkildə narahat etdi. Çünki Fransa Azərbaycandan belə bir reaksiya gözləmirdi. Bu reaksiya fonunda da rəsmi Paris geri addım atmağa məcburdur. Artıq iki tədbirdə Fransa prezidentinin açıq şəkildə Azərbaycan prezidentinə yaxınlaşdığını, onunla təmasda olmaq istədiyini, nələrsə danışdığının şahidi oluruq. Şübhəsiz ki, buradan çıxaracağımız nəticə odur ki, Fransa Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir. Əlbəttə ki, rəsmi Bakı kin saxlayan dövlət deyil, Azərbaycan xarici siyasəti praqmatizmə əsaslanır və maraqlarımızı bu tipli məqamlarda hər zaman üstün tuturuq. Ona görə də bu gün Azərbaycan maraqları Fransa ilə münasibətlərin normallaşdırılmasını diktə edirsə, şübhəsiz ki, ölkəmiz bu istiqamətdə siyasət yürüdəcək”.

T.Rzayev hesab edir ki, iki ölkə arasındakı münasibətlər yenidən Fransa tərəfindən desturuktiv və neqativ addımlar atılmadığı təqdirdə normallaşa bilər:

“Böyük ehtimal ki, ölkələr arasında qarşılıqlı etimad olmayacaq. Çünki Fransanın Azərbaycana qarşı qəbul etdiyi qətnamələr var, bu qətnamələr hələ də ləğv edilməyib, ləğv edilənə də oxşamır. Azərbaycanın Bakı Təşəbbüs Qrupunda fəalliyəti də davam edəcək, ona görə də dövlətlər arasında narazılıqları bir müddət görə bilərik. Amma iqtisadi münasibətlər və təhsil sektorundakı əməkdaşlıqlar davam edə bilər”.

Ariz Həsənoğlu

Bənzər Xəbərlər

22.06.2026 - 00:20Ariz Əhədov

Trampdan İranla bağlı ŞOK AÇIQLAMA: NƏ OLACAQ?

21.06.2026 - 23:34Ariz Əhədov

Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ

21.06.2026 - 23:31Ariz Əhədov

Messi yenidən "Barselona" forması geyinəcək - SON DƏQİQƏ

21.06.2026 - 22:06Ariz Əhədov

"Qarabağ" DÇ-2026-da iştirak edən qapıçını transfer etdi - FOTO

21.06.2026 - 22:04Ariz Əhədov

Elgiz Əkbərin yeni işi - burda ÇALIŞACAQ

21.06.2026 - 22:02Ariz Əhədov

50 yaşlı Sahil Paşayevin cansız bədəni TAPILDI

21.06.2026 - 22:01Ariz Əhədov

SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb — Həbs olunanlar var

21.06.2026 - 19:30Ariz Əhədov

Andrade “Qarabağ”dan gedir - Bu klubla ANLAŞDI

21.06.2026 - 19:22Ariz Əhədov

İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 771

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 193

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 350

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.