Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Ternopol şəhərini atəşə tutması nəticəsində həlak olanların sayı 19 nəfərə çatıb.
Yeniera.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib.
“Rusiyanın Ternopolda yaşayış binalarına zərbə endirməsi nəticəsində 19 ölü və 66 yaralı var. Yaralılardan 16-sı uşaqlardır”, – o, sosial şəbəkələrdə yazıb.
***
13:10
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Ternopol şəhərinə zərbələri nəticəsində 10 nəfər həlak olub, 37 nəfər yaralanıb.
Yeniera.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Fövqəladə Hallar Xidmətindən bildirilib.
Yaralılardan 12-si uşaqdır.
“Mənzillərdən sakinlərin təxliyəsi davam edir. Dağıntılar altında insanlar qalıb”, – məlumatda qeyd olunub.
Məlumata görə, noyabrın 19-na keçən gecə Rusiya Silahlı Qüvvələri Ternopola dron və raketlərlə zərbə endirib.

