Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Prezident SƏRƏNCAM İMZALADI
  • “İdrak” liseyində müəllimi güllələyən yeniyetmə ilə bağlı QƏRAR
  • 65 yaşı tamam olan şəxslərə ŞAD XƏBƏR
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»“Bu günkü təhsil qaydasız döyüş səhnəsini xatırladır” – Ekspert

“Bu günkü təhsil qaydasız döyüş səhnəsini xatırladır” – Ekspert

Gündəm Ariz Əhədov19.11.2025 - 16:02
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Elm və Təhsil naziri Emin Əmrullayev müəllimlərin məktəbdə 10 saatlıq iş rejimi ilə bağlı açıqlama verib. Düzdür, bu tələbin bütün müəllimlərə şamil edilməyəcəyi qeyd olunub. Lakin təhsildə keyfiyyətin artırılması baxımından bu yanaşmanın nə dərəcədə effektiv ola biləcəyinə dair müəyyən müzakirələr var.

Maraqlıdır, daha yüksək nəticələr əldə etmək üçün hansı dəyişikliklər həyata keçirilməli idi?

Sualımızı cavablandıran təhsil üzrə ekspert Elşən Qafarov Yeniera.az-a açıqlamasında bildirib ki, bu gün ölkənin təhsil sistemində ciddi və fundamental problemlər var:

“Bütün bunlar xüsusilə, son 5 ildə xoşagəlməz idarəçilik nəticəsində yaranmış problemlərdir. Ali təhsil sistemi çöküb, peşə təhsil sistemi demək olar ki, tamamilə dağılıb, məktəbəqədər təhsil isə göz qabağındadır. Məktəbdən kənar təhsil müəssisələri tamamilə məhv edilib və ümumtəhsil sistemində ilk növbədə psixoloji iş, sonra isə tərbiyə işi dağıdılıb. Beləliklə, ümumtəhsil sistemi təlimlər və layihələr məkanına çevrildi. Elm və Təhsil Nazirliyi imtahanlar nazirliyinə çevrildi. Bu gün hər 2-3 həftədən bir ayrı-ayrı mövzular ortaya atılır ki, cəmiyyətin və mətbuatın diqqəti əsas problemlərdən yayınsın. Emin Əmrullayev bildirir ki, müəllimlərin iş saatı ilə bağlı yeni tətbiq 2027-ci ilin sentyabrından sonra başlayacaq. Lakin real vəziyyət odur ki, bu gün noyabrın 19-dur və hələ də məktəblərə jurnallar verilməyib, təhsil prosesinin qeydiyyatı aparılmır. Milyonlarla vəsaitin xərcləndiyi Bakı məktəblərindəki rəqəmsal tətbiq platforması çöküb, istifadə edilə bilmir. Məktəblərimizdə istilik problemləri var, dağlıq rayonlarda və digər regionlarda məktəblər soyuqdur, qanunvericiliyə görə qızdırılmayan binalarda temperatur müsbət 14 dərəcə selsidən aşağı düşdükdə iş dayandırlımalıdır. Şagirdlərin böyük hissəsinə dərsliklər verilməyib. Bütün bunlar absuddur, təhsil büdcəsi bayaq qeyd etdiyim kimi layihələrə və təlimlərə xərclənir”.

Ekspert bildirib ki, yeni iş rejimi müəllimləri əlavə stressə salmaqdan başqa bir anlama gəlmir:

“Hələ bilinmir ki, bu proses necə tənzimlənəcək. Fikrimcə, Emin Əmrullayev və onun idarəçiliyə gətirdiyi şəxslər təhsildəki real problemlərlə məşğul olmalıdır. Ölkədə 4300-dən çox ümumtəhsil məktəbi var və 850 məktəbin direktor vəzifəsi vakantdır. Direktorların işə qəbul müsabiqəsi keçirilir və 850-dən 200-ə qədəri vakansiyaya çıxarılmayıb. Heç bir keyfiyyəti olmayan şəxslər birdən birə ölkənin aparıcı məktəblərinə direktor təyin olunur. Bu günkü təhsil qaydasız döyüş səhnəsini xatırladır, kim nə istəyir onu edir. Vəziyyət çox ciddidir. Bu sahədə təhsili bilən insanlar çalışmalıdır. Baş verən bütün neqativ halların aradan qaldırılması ilə məşğul olmaq lazımdır”.

Ariz Həsənoğlu

Bənzər Xəbərlər

17.06.2026 - 15:22Ariz Əhədov

Prezident SƏRƏNCAM İMZALADI

17.06.2026 - 13:28Ariz Əhədov

"İdrak" liseyində müəllimi güllələyən yeniyetmə ilə bağlı QƏRAR

17.06.2026 - 13:15Ariz Əhədov

Qəzada qızını itirən tanınmış vəkildən ürəkdağlayan SÖZLƏR - FOTO

17.06.2026 - 12:21Ariz Əhədov

Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi - Fotolar

17.06.2026 - 10:42Ariz Əhədov

Tanınmış xanəndə vəfat etdi - FOTO

17.06.2026 - 10:00Ariz Əhədov

Bu ərazidə partlayış olacaq – Nazirlik məlumat yaydı

17.06.2026 - 09:25Ariz Əhədov

Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR: İyulun 1-dən etibarən ...

17.06.2026 - 09:12Ariz Əhədov

Ötən gün faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

16.06.2026 - 17:17Ariz Əhədov

Prokurorluq Baş Gömrük İdarəsində niyə əməliyyat keçirdi? - Detallar 

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 763

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 063

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 348

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 060
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.