Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992 ▼0.0061
  • 100 RUB 2.0276 ▲0.0328
  • GBP 2.2468 ▼0.0046
  • TRY 0.0344 ▼0.0001
  • CNY 0.2539 ▼0.0001
  • GEL 0.6553 ▼0.0004
  • 100 KZT 0.3762 ▲0.0011
  • UAH 0.0377 ▼0.0002
  • AED 0.4628
Dünya

Rusiyada Putinə etimad yüksək olaraq qalır

Rusiyada Putinə etimad yüksək olaraq qalır

Rusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VCIOM) keçirdiyi son sorğunun nəticələrinə əsasən, ölkə əhalisinin 80,2%-i prezident Vladimir Putinə etibar etdiyini bildirib.

Yeniera.az xəbər verir ki, bu göstərici əvvəlki dövrlə müqayisədə 1% artım deməkdir.

Sorğu 18–24 avqust tarixlərində, yaşı 18-dən yuxarı olan 1600 respondent arasında keçirilib. Respondentlərin 77,5%-i prezidentin fəaliyyətini bəyəndiyini deyib ki, bu da əvvəlki nəticə ilə müqayisədə 1% artım deməkdir.

Bundan əlavə, ümumilikdə 51,6% respondent Rusiya hökumətinin ölkəni idarəetməsini müsbət qiymətləndirib (0,6% artım), 51,7% isə Baş nazir Mixail Mişustinin fəaliyyətindən razı qaldığını bildirib. Mişustinə etibar edənlərin sayı da 0,9% artaraq 61%-ə çatıb.

Parlamentdə təmsil olunan partiyaların liderləri arasında ən yüksək etimad göstəricisi 32,3% ilə Rusiya Federasiyası Kommunist Partiyasının (KXCP) lideri Gennadi Zyuqanova məxsusdur (2,1% azalma). Onu 30%-lə “Ədalətli Rusiya–Həqiqət naminə” partiyasının lideri Sergey Mironov (0,5% azalma) və 22,5%-lə Rusiya Liberal Demokrat Partiyasının sədri Leonid Slutski (0,2% azalma) izləyir. “Yeni Xalq” partiyasının sədri Aleksey Neçayevə isə 10,4% etibar edir (0,6% artım).

Hakim “Vahid Rusiya” partiyasına dəstək səviyyəsi 0,5% azalaraq 34,2%-ə düşüb. KXCP-yə dəstək 9,4% (0,1% artım), LDPR-yə dəstək 11% (0,5% artım), “Ədalətli Rusiya–Həqiqət naminə” partiyasına dəstək 3,7% (0,5% azalma), “Yeni Xalq” partiyasına dəstək isə 7,6% (0,2% azalma) olub.

Vüsal Ömərov

Paylaş: