Dünyaca tanınmış opera ifaçısı, Mariinski Teatrının solisti Sergey Aleksaşkin 74 yaşında dünyasını dəyişib.
Yeniera.az xəbər verir ki, bu barədə məlumat teatrın “VKontakte” sosial şəbəkəsində paylaşılıb.
Aleksaşkin 36 il ərzində Mariinski Teatrında çalışıb və 40-dan çox rolda çıxış edib.
Aleksaşkin təkcə Rusiyada deyil, ABŞ, Avropa, Avstraliya, Yaponiya və Cənubi Koreyada da tanınmış səhnələrdə çıxış edib.
O, La Skala, Metropolitan Opera, Kovent Qarden kimi məşhur teatrların səhnələrində qonaq solist kimi oxuyub və Avropanın bir sıra nüfuzlu dirijorları ilə əməkdaşlıq edib.
Gülnar Həmidova


