Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9055 ▲0.0063
  • 100 RUB 2.0299 ▲0.0023
  • GBP 2.2567 ▲0.0099
  • TRY 0.0344
  • CNY 0.2540 ▲0.0001
  • GEL 0.6548 ▼0.0005
  • 100 KZT 0.3788 ▲0.0026
  • UAH 0.0377
  • AED 0.4628
Hadisə

Ermənistanın Geqarkunik rayonunda partlayış: ölən və yaralananlar var – FOTO

Ermənistanın Geqarkunik rayonunda partlayış: ölən və yaralananlar var – FOTO

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Geqarkunik rayonunda qumbara partlaması nəticəsində 30 yaşlı kişi həlak olub, yaralananlar var.

Yeniera.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, hadisə ot tayasını “Qaz 53”-ə yükləyərkən baş verib. Partlayış nəticəsində Gevorq M., Alexan M. və onların atası 63 yaşlı Ohan M. bədən xəsarətləri ilə “Vardenis” tibb məntəqəsinə yerləşdiriliblər.

Yaralılardan biri – Aleksandr M. reanimasiyada ölüb, digər iki yaralı isə İrəvandakı xəstəxanalardan birinə çatdırılıb.

Hadisə ilə bağlı Vardenis İstintaq İdarəsində cinayət işi başlanıb.

 

Paylaş: