Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992
  • 100 RUB 2.0276
  • GBP 2.2468
  • TRY 0.0344
  • CNY 0.2539
  • GEL 0.6553
  • 100 KZT 0.3762
  • UAH 0.0377
  • AED 0.4628
İdman

“Sabah”ın rəqibləri müəyyənləşdi – Dünyanın məşhur klubları BAKIDA

“Sabah”ın rəqibləri müəyyənləşdi – Dünyanın məşhur klubları BAKIDA

Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçirilir.

Yeniera.az xəbər verir ki, Monakoda keçirilən mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu “Sabah” 4-cü səbətdə yer alıb.

Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək.

Püşkün nəticəsinə əsasən “Sabah”ın rəqibləri aşağıda adları qeyd edilən komandalar olacaq:

1-ci səbətdən

“Barselona”, İspaniya (Bakıda)
“Arsenal”, İngiltərə (səfərdə)

2-ci səbətdən

“Borussiya” Dortmund, Almaniya (Bakıda)
“Mançester Yunayted”, İngiltərə (səfərdə)

3-cü səbətdən

“Vilyarreal”, İspaniya (səfərdə)
“Napoli”, İtaliya (Bakıda)

4-cü səbətdən

“Slaviya” Praqa, Çexiya (Bakıda)
“Vikinq”, Norveç (səfərdə)

Liqa mərhələsinin oyunlarına sentyabrın 8-də start veriləcək.

Çempionlar Liqasının Liqa mərhələsinin tam təqvimi, oyunların tarixləri və başlama saatları isə avqustun 29-dan gec olmayaraq açıqlanacaq.

Paylaş: