Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • 3 gün yağış yağacaq – XƏBƏRDARLIQ
  • Müəllimlərin maaşı belə hesablanacaq
  • Metronun yeni stansiyası “20 Sentyabr” adlandırılacaq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Özəl»Sabiq direktordan həmin görüntülərlə bağlı AÇIQLAMA – “Mənə qarşı aparılan çirkin oyundur”

Sabiq direktordan həmin görüntülərlə bağlı AÇIQLAMA - "Mənə qarşı aparılan çirkin oyundur"

Özəl Gülnar Əliyeva03.09.2026 - 16:04
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Sosial şəbəkələrdə Göyçay rayonunun Alxasaba kənd məktəbinin keçmiş direktoru Əzizov Tariyel Babir oğlu ilə bağlı görüntülər yayılıb.

Sözügedən görüntülərlə bağlı Tariyel Əzizov redaksiyamıza müraciət edərək məsələ ilə bağlı açıqlama verib.

O, Yeniera.az-a açıqlamasında bildirib ki, kadrlardakı hadisələr göründüyü kimi baş verməyib.

Sabiq məktəb direktoru qeyd edib ki, iyunun 23-də Alxasava kənd sakini Qasımov Cavanşir kənd məscidində onu görüşə dəvət edib.

Görüş zamanı ondan təkidlə vəzifəsindən istefa verməsini tələb edib.

T. Əzizov isə bunun səbəbini öyrənməyə çalışıb. Qasımov Cavanşir isə ona cavabında bildirib ki, bundan öncə də həmin məktəbdə çalışmış bir neçə direktoru vəzifəsindən şərləyərək uzaqlaşdırıblar.

Onun da bu aqibəti yaşamaması üçün könüllü şəkildə məktəbdən getməsini istəyib. Cavanşir Qasımov Tariyel Əzizova deyib ki, əvvəllər bu məktəbin direktoru olmuş Füzuli müəllimi də işdən o çıxartdırıb, əvəzinə isə Qabil müəllimi vəzifəyə gətirdim. C.Qasımov bildirib ki, eyni zamanda, o, kənd bələdiyyə sədri Bəhman bəyi də işdən çıxartdığını, onun yerinə Nəsrullah bəyi təyin etdirdiyini söyləyib.

Keçmiş direktor iddia edib ki, bu ona qarşı qurulan bir oyundur və bu məsələnin arxasında bir çox şəxs dayanır. Onların da hamısı Cavanşir Qasımovun yaxın qohumlarıdır.

T. Əzizov bildirib ki, bu şəxslərdən biri Rauf İsmayılovdur. Həmin şəxs Göygöl rayon icra nümayəndəsinin müavinidir.

O, əlavə edib ki, mətbuatda yayılan görüntülər həqiqəti əks etdirmir və bu məsələnin arxasında duran şəxslər mənim şəxsiyyətimi alçaltmaq istəyirlər.

Onun sözlərinə görə, T. Əzizov dəfələrlə kənd sakinləri və rayon icra nümayəndələri ilə danışıb, lakin onlar bildirirlər ki, tək istəkləri direktorun məktəbdən çıxıb getməsidir.

Keçmiş direktorun sözlərinə əsasən, o, məktəbdə direktor olduğu zaman bir çox təhlükəsizlik tədbirləri həyata keçirilib. Məktəbin bütün dəhlizlərinə, sinif otaqlarına kameralar quraşdırılıb.

Sonda sabiq direktor deyib ki, bu saxta məlumatların yayılmasında iştirak edənlər, vasitəçilik edən şəxslərin hamısı hüquqi cəhətdən cavab verəcək, məsuliyyətə cəlb olunacaqlar. Azərbaycan hüquqi dövlətdir və qanunun aliliyi hər zaman təmin edilir. Məsələ ilə bağlı kənd sakinlərindən bir neçəsi bizə müraciət edərək bildiriblər ki, Tariyel bəy direktor təyin edildikdən sonra məktəbdə nizam-intizam güclənib, təhsilin keyfiyyəti daha da artıb və bu 

“İnanıram ki, aidiyyatı qurumlar da mənə qarşı atılan bu çirkin addımlara hüquqi qiymətin verilməsini təmin edəcəklər”.

Məsələ ilə bağlı sakinlər Göyçay rayon polis şöbəsinə müraciət ediblər, iş məhkəməyə göndərilib. Məhkəmə yetərli sübut olmadığından məsələyə xitam verib.

“Bu da ona dəlalət edir ki, sözügedən məsələ mənə qarşı aparılan çirkin oyundur. Sonda media nümayəndələrindən xahişim odur ki, məsələyə ədalətli yanaşsınlar, hadisənin mahiyyətini olduğunu kimi, şişirtmədən təqdim etsinlər”.

Qeyd edək ki, sön günlər sosial şəbəkələrdə adı hallanan keçmiş direktor ard-arası kəsilməyən hədə-qorxulara dözə bilməyərək öz ərizəsi ilə vəzifəsindən ayrılıb.

Xatırladaq ki, T.Əzizov 2003-cü ildə ADPU-nun Riyaziyyat fakültəsini bitirib. Daha sonra təyinatla Göyçay rayon ümumtəhsil məktəbində riyaziyyat müəllimi kimi çalışıb. 2023-cü ildə Mərkəzi Aran Təhsil İdarəsinin keçirdiyi direktor müavinlərinin işə qəbulu müsabiqəsində həm imtahan, həm də müsahibə mərhələsində uğur qazanaraq İlçəkənd ümumi orta təhsil məktəbinə direktor müavini təyin olunub. 2024-cü ildə yenidən Mərkəzi Aran Təhsil İdarəsinin keçirdiyi direktorların işə qəbulu müsabiqəsində uğur qazanaraq 2025-ci ildə Alxasava ümumi orta təhsil məktəbinə direktor təyin edilib.

YENİERA.AZ

Günel Əhmədova

Bənzər Xəbərlər

04.09.2026 - 18:30Gülnar Əliyeva

3 gün yağış yağacaq - XƏBƏRDARLIQ

04.09.2026 - 18:15Gülnar Əliyeva

Müəllimlərin maaşı belə hesablanacaq

04.09.2026 - 18:00Gülnar Əliyeva

Metronun yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

04.09.2026 - 17:36Gülnar Əliyeva

32 marşrutun hərəkət sxemi dəyişdirildi - Siyahı

04.09.2026 - 17:10Gülnar Əliyeva

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

04.09.2026 - 16:55Gülnar Əliyeva

Bayramov Koşerbayevlə danışdı

04.09.2026 - 16:43Gülnar Əliyeva

Kamilo Duran Şotlandiyada ayın futbolçusu seçildi - Foto

04.09.2026 - 16:30Gülnar Əliyeva

Tramp Ermənistan-Azərbaycanla bağlı həmin məqaləni paylaşıb

04.09.2026 - 16:16Gülnar Əliyeva

Leysan gözlənilir - Əhaliyə xəbərdarlıq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 959

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 027

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 970

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 777
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.