Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azər Qəribin oğlunun 230 min manat borcu yaranıb
  • IV və VI siniflərdə monitorinq – Yerdəyişmə prosesi DAYANDIRILDI
  • MEDİA-dan icra hakimiyyəti ilə bağlı yayılan xəbər haqda açıqlama
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Sahibə Qafarova: Zəngəzur dəhlizi regionda əməkdaşlığa və tərəqqiyə xidmət edəcək

Sahibə Qafarova: Zəngəzur dəhlizi regionda əməkdaşlığa və tərəqqiyə xidmət edəcək

Siyasət Yeni Era13.10.2025 - 14:49
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Zəngəzur dəhlizi Avrasiyada mühüm nəqliyyat bağlantısına çevriləcək, regionda əməkdaşlığa və tərəqqiyə xidmət edəcək.

Yeniera.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sülh, təhlükəsizlik və tərəqqi bilavasitə bir-biri ilə əlaqəli olan amillərdir:

” 44 günlük Vətən Müharibəsinin 5-ci ildönümünü qeyd etdiyimiz indiki dövrdə Azərbaycan öz fəaliyyəti ilə bunu bir daha təsdiq edir”.

Azərbaycanın 2020-ci ildə öz ərazi bütövlüyünü, 2023-cü ildə isə suverenliyini bərpa etdiyini və bununla da sülhə aparan yolun təməlini qoyduğunu vurğulayan Milli Məclisin sədri deyib ki, müharibədən dərhal sonra məhz qalib Azərbaycan sülh təşəbbüsü ilə çıxış etdi, sülhün əsas prinsiplərini və sülh müqaviləsinin layihəsini irəli sürdü”.

Sahibə Qafarova xatırladıb ki, aparılan ikitərəfli danışıqların nəticəsi olaraq, bu ilin avqustunda Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladı. Qeyd olunub ki, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. Regional kommunikasiyaların açılmasının əhəmiyyəti təsdiq edildi.

Spikerin sözlərinə görə, Vaşinqton görüşünün əsas nəticələrindən biri Prezident İlham Əliyevin təşəbbüsü olan Zəngəzur dəhlizinin açılmasıdır:

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun reallaşması ilə Zəngəzur dəhlizi Avrasiyada mühüm nəqliyyat bağlantısına çevriləcək, regionumuzda əməkdaşlığa və tərəqqiyə xidmət edəcək”.

Milli Məclisin sədri bütün bunların ilk növbədə Prezident İlham Əliyevin həyata keçirdiyi sülh diplomatiyasının, təhlükəsizlik, əməkdaşlıq və tərəqqi naminə gərgin fəaliyyətinin nəticəsi olduğunu xüsusilə vurğulayıb.

Bənzər Xəbərlər

24.04.2026 - 15:52Ariz Əhədov

Kamran Əliyev İran səfirini qəbul etdi - Fotolar

24.04.2026 - 13:15Ariz Əhədov

Prezidentdən İcra Hakimiyyətləri ilə bağlı FƏRMAN

24.04.2026 - 12:37Ariz Əhədov

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

24.04.2026 - 12:13Ariz Əhədov

İlham Əliyev Sərəncam imzaladı - onlara 2750 manat veriləcək

24.04.2026 - 12:00Ariz Əhədov

MSK-nın üzvləri bu tarixdə təyin ediləcək

24.04.2026 - 10:40Ariz Əhədov

Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi

23.04.2026 - 12:42Ariz Əhədov

Prezidentdən qurultay iştirakçılarına - Müraciət

23.04.2026 - 11:33Ariz Əhədov

Latviya Prezidentinin Azərbaycana səfəri başa çatdı - Fotolar

22.04.2026 - 16:50Ariz Əhədov

Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirildi - Fotolar

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 190

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 989

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 920

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 112
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.