Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək”
  • Paytaxt Bakıdan başqa şəhərə köçürüləcək? – VACİB AÇIQLAMA
  • Dizel mühərrikli avtomobillər qadağan edilir? – VİDEO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı

Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı

İqtisadiyyat Ariz Əhədov29.04.2026 - 16:12
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bir müddət əvvəl “Temu”dan gətirilən məhsulların gömrük yoxlanışının gecikməsi məsələsindən danışıb.

Yeniera.az xəbər verir ki, komitə sədri bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı söz açıb.

O qeyd edib ki, ölkəmizdə elektron ticarətlə bağlı 300 dollar limit mövcuddur. Limitin dəyişdirilməsi ilə bağlı məsələ yoxdur: “Lakin qonşu ölkələrə baxsaq, vətəndaşların şəxsi istifadəsi üçün zəruri olan mallar üçün olan güzəştlər aradan qaldırılıb. Məsələn Türkiyədə fevralın 1-dən artıq güzəşt yoxdur. Amma bizim ölkədə 300 dollar məbləğində güzəşt tətbiq olunur. Bizdə təxminən 1 milyondan çox insan elektron ticarətlə məşğuldur, 18 milyon isə bəyannamə olur. Əvvəl bəyannəmənin sayı az idi, indi say artır. Axı getdikcə rəqəmlər artır, bunun uçotunu yaratmaq lazımdır. Bəzən insanlar elektron ticarət mövzusunda sui-istifadə hallarına yol verir. Yəni bir adam özünün ticarət etdiyi həcmdə mal alır və hissə-hissə müxtəlif insanların adına bölərək gətirir.

“Temu” məsələsinə gəldikdə isə, Azərbaycanda birdən-birə “Temu”dan alınan yüklərin həcmi artdı. Bizə elektron məlumat verilmədən, birdən-birə süni şəkildə yüklər gətirilib hava linanına qoyuldu. Axı ünvanı, məhsulu yoxlamaq lazımdır. Ona görə də biz məcbur olduq balansı qoruyaq. Çünki elektron ticarətlə sadəcə istehlak məhsulu gətirilmiyə bilər, dərmanlar, psixotrop maddələr də gətirilə bilər. Ona görə gömrük yoxlanılması vacibdir. Əgər biz onu dəqiqliklə yoxlamasaq, elə siz deputatlar bizə deyərsiniz ki, gömrük orqanları yoxlamır. Buna görə, bir müddət, təqribən 2 həftə “Temu”dan gətirilən məhsulların gömrük gecikməsi oldu, amma artıq öz resurslarımızla o məsələni həll etdik. Həmçinin “Temu”nun qarşısında məsələ qoyduq ki, məlumatları əvvəlcədən verin”, – komitə sədri bildirib.

Bənzər Xəbərlər

30.04.2026 - 23:30Ariz Əhədov

“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək”

30.04.2026 - 23:10Ariz Əhədov

Paytaxt Bakıdan başqa şəhərə köçürüləcək? - VACİB AÇIQLAMA

30.04.2026 - 22:40Ariz Əhədov

​“WhatsApp” ödənişli oldu - Məbləğ

30.04.2026 - 22:24Ariz Əhədov

Azərbaycanda maaşlarda artımlarla bağlı ŞAD XƏBƏR

30.04.2026 - 22:00Ariz Əhədov

Kirayədə yaşayanlara 300 manat CƏRİMƏ

30.04.2026 - 21:30Ariz Əhədov

Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər – 1139 AZN ödəyəcəksiniz

30.04.2026 - 21:13Ariz Əhədov

Partlayışda yaralanan həkimin FOTOSU

30.04.2026 - 21:00Ariz Əhədov

Gənc müəllim ürəktutmadan vəfat etdi – FOTO

30.04.2026 - 20:38Ariz Əhədov

Azərbaycanda "13-cü maaş və pensiya": Kim verir, kim vermir?

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 311

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 090

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 958

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 179
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.