Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu şəxslər hərbi xidmətə çağırışdan AZAD OLUNACAQ – SİYAHI
  • Prezidentin köməkçisi Ermənistanda – VİDEO
  • Birinci müavinə ağır itki – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Mədəniyyət»Şair Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi qeyd olunub

Şair Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi qeyd olunub

Mədəniyyət Ariz Əhədov11.05.2026 - 23:04
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Mayın 9-da İrəvan Dövlət Azərbaycan Dram Teatrında şair Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi qeyd olunub.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yubiley gecəsində millət vəkili Ceyhun Məmmədov, tanınmış ziyalılar, söz adamları, şairin sənət dostları və media nümayəndələri iştirak ediblər.

Çıxış edənlər Fərzalı Abbasəlioğlunun Azərbaycan poeziyasına verdiyi töhfələrdən, yaradıcılığında xüsusi yer tutan vətənpərvərlik mövzusundan, doğma yurda bağlılığından və sevgisindən geniş danışıblar.

Qeyd olunub ki, şairin qələmə aldığı əsərlər yalnız duyğuların poetik ifadəsi deyil, həm də Qarabağın, İrəvanın, Göyçənin və doğulub boya-başa çatdığı Cəbrayılın yaddaş salnaməsidir.

Tədbirin musiqili hissəsində aşıq Ədalət, Sona Nərimanqızı və Təranə Gədəbəyli yaddaqalan ifaları ilə tədbirə rəng qatıblar. Şairin sözlərinə bəstələnmiş “Vətənə getməyim gəlir” mahnısını duyğulu şəkildə səsləndirən Nadir Bayramlı dinləyicilərə kövrək və unudulmaz anlar yaşadıb.

Aktyorlar Əhliman Ərşadlı, Pərvin Dadaşova, Niyaz İlyasoğlu və Natiq Fərzalıoğlu şairin müxtəlif illərdə qələmə aldığı şeirləri səsləndiriblər.

Yubiley tədbirinin sonunda Fərzalı Abbasəlioğlu təşkilatçılara və oxuculara təşəkkürünü bildirib, yeni yazdığı şeirlərdən nümunələr səsləndirib.

Sonda yubiley tortu kəsilib, xatirə şəkilləri çəkdirilib.

Bənzər Xəbərlər

14.06.2026 - 21:43Ariz Əhədov

Bu şəxslər hərbi xidmətə çağırışdan AZAD OLUNACAQ - SİYAHI

14.06.2026 - 18:15Ariz Əhədov

Birinci müavinə ağır itki - FOTO

14.06.2026 - 17:54Ariz Əhədov

Sevda Şirəliyeva vəfat etdi - FOTO

14.06.2026 - 17:21Ariz Əhədov

İyunun 15-i ilə bağlı bu şəxslərə MÜHÜM XƏBƏR

14.06.2026 - 17:05Ariz Əhədov

Baş nazir istefa verdi - Bu ölkədə

14.06.2026 - 14:30Ariz Əhədov

Qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü - Bu ölkədə

14.06.2026 - 14:15Ariz Əhədov

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ! - Sistem kökündən DƏYİŞİR

14.06.2026 - 13:55Ariz Əhədov

Hava kəskin dəyişir - Sabahla bağlı XƏBƏRDARLIQ

14.06.2026 - 13:45Ariz Əhədov

Bakıda inqilabi dəyişikliyə hazırlıq gedir – Görünməmiş yenilik olacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 757

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 345

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 059

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:154. 961
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.