Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8681
  • 100 RUB 2.0687
  • GBP 2.2436
  • TRY 0.0337
  • CNY 0.2550
  • GEL 0.6553
  • 100 KZT 0.3830
  • UAH 0.0376
  • AED 0.4628
Hadisə

Salyanda ağır qəza: gəlin və qayınana xəsarət aldı – Fotolar

Salyanda ağır qəza: gəlin və qayınana xəsarət aldı – Fotolar

Salyanda ağır qəza: gəlin və qayınana xəsarət aldı – Fotolar

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yeniera.az xəbər verir ki, hadisə dünən köhnə Ələt-Astara magistralının rayonun Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“BMW” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Qəzada müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan rayonun Quyçu kənd sakinləri – 1946-cı il təvəllüdlü Naibə Hüseynova və onun gəlini 1969-cu il təvəllüdlü Dilarə Hüseynova Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Yaralananlardan digər xəsarət alan bir nəfər isə tibbi yardımdan imtina edib.

Salyan RMX-dən bildirilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, 1 nəfərin vəziyyəti orta ağır, digərinin vəziyyəti isə ağır qiymətləndirilir.

Paylaş: