Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Hacan Hacısoy vəfat etdi – FOTO
  • AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik KİMDİR? – ŞOK DETALLAR
  • Avqustda neçə gün iş olmayacaq?
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»REDAKSİYANIN SEÇİMİ»Səhiyyə sisteminin və 260 milyonun yeyilməsi və Vüqar Qurbanovun çarəsizliyi

Səhiyyə sisteminin və 260 milyonun yeyilməsi və Vüqar Qurbanovun çarəsizliyi

REDAKSİYANIN SEÇİMİ Ariz Əhədov17.02.2026 - 13:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Vüqar Qurbanovun vəzifədən azad olunması ilə Azərbaycan səhiyyəsində daha bir mübhəm mərhələ başa çatdı; milyardlarla manatlıq vəsaitin idarə olunduğu, yüz minlərlə insanın taleyinə birbaşa təsir edən bir dövr… bəlkə də başa çatmadı, ağır əməliyyatdan reanimasiyaya köçürüldü.

Vüqar müəllim, əslində, yaxşı insandır, onu yaxından tanıyan hər kəs bunu deyir. Amma yaxşı insan olmaq mürəkkəb bir mexanizmi idarə etmək üçün kifayət etmir.

Əhalinin cibindən çıxan, illik təxminən 3 milyard manatlıq büdcənin böyük bir hissəsinin dövr etdiyi quruma rəhbərlik etmək hər adamın işi deyil. Peşəkarlıq, praktik idarəçilik təcrübəsi, yaxşı komanda və daxili məsuliyyət hissi kimi bir çox faktor lazımdır. Bu yükü daşımaq ömrünü əczaçılıq sahəsində keçirmiş biri üçün asan məsələ deyil.

***

İcbari tibbi sığortaya keçid inqilabi addım sayılır. Düzgün icra olunsaydı, bu model Azərbaycan səhiyyəsini yerdən göyə qaldırardı.
Amma olmadı…

***

Neçə illərdir biz TƏBİB və icbari tibbi sığorta mexanizmi ilə bağlı tənqidi məqalələr dərc edir, ağıllı adamları danışdırır, təkliflər verir, konkret faktlar açıqlayırıq. Qurulan mürəkkəb yeyinti mexanizmlərini açmağa çalışırıq, büdcənin talan edilməsi prosesini təqdim edirik… Həmin faktlara vaxtında baxılsaydı, bizi susdurmaq yolları axtarılmasaydı, problemlər ört-basdır edilməsəydi, bu gün nə yüz milyonlarla ölçülən yeyintilərdən danışardıq, nə səhiyyə bu qədər ağır zərbə alardı, nə də Vüqar müəllimin boynuna düşən yük bu qədər şişərdi.

İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar – Yazdıqlarımız rəsmən təsdiqləndi)

Təqdim etdiyimiz faktlar araşdırılmadı. Bəlkə də araşdırıldı, amma tənqid düşmənçilik kimi anlaşıldı və bir qrup insanın şəxsi mənafeyi üçün istifadə edildi.

Bizdə qəribə ənənə var: problemi deyəni əzməyə çalışırıq, problem böyüyəndə isə başımıza döyə-döyə təəccüblənirik.

Axı nələrin baş verdiyi çox aydın idi.

Üzdə vəsaitin dövlət xəstəxanalarına yönəldildiyi görünürdü. Əslində isə pul İTS və TƏBİB-dəki bəzi məmurların qurdugu sistemə xərclənirdi. Həmin məmurlar dəbdəbəli həyat qurdu, özlərinə biznesler, əmlaklar, maşınlar və nələr-nələr. Qeyri-şəffaf şəbəkələr formalaşdı və bu “sistemdə” çalışan insanlar əlavə qazanca görə alətə çevrildilər. İTS də TƏBİB-dəki dostların çoxlu özəl klinikaları açıldı. Kağız üzərində milyonlarla qiymətləndirilən avadanlıqlar alındı. Laboratoriyalar açıldı – “Referans” və digər mexanizmlər böyüdü. Analizlərdən böyük pullar qazanmaq üçün müxtəlif hoqqalar verildi. Ən müasir “otkad” sistemi, şıdırğı xəstə alveri… Əsassız xərclər, büdcənin faktiki qəsb olunmasının saat kimi işləyən mexanizmi və.s

Təkcə dövlət zərər görmədi. Özəl sektor da ağır zərbə aldı. Sağlam rəqabət boğuldu. Yüzlərlə mütəxəssis ümidsizliyə sürükləndi. Cəmiyyətlə səhiyyə üz-üzə qoyuldu.

Ona görə də bu gün səhiyyə sisteminin reanimasiyaya salındığını yazırıq, nəbzi zəif döyünür, aparatlar işləyir, amma ruh yoxdur, soyuq palatalarda qorxulu bir sükunət var.

…Bu gün 260 milyonluq yeyintidən danışılır. Amma məsələ təkcə rəqəmlərdə də deyil. Bundan sonra ən peşəkar insanlar belə gəlsə, bu mexanizmi yenidən ayağa qaldırmaq üçün illər lazım olacaq. Dağıtmaq bir neçə qərarla olur, yığmaq isə uzun və ağrılı prosesdir.

Açığı, Vüqar müəllimə bir az acıyıram da. Təcrübəsi və bacarığı çatmayan adamlara belə məsuliyyətli postları həvalə etmək, əslində, onları cinayətə sürükləməkdir. Kaş ki, o da, onu bu posta təyin edənlər də bir az düşünəydilər: səhiyyə eksperiment meydanı deyil. Burada səhvlərin bədəlini xalq öz sağlamlığı ilə ödəyir. Buna görə də səhiyyədə atılan yanlış addımlar hələm-hələm bağışlanmır.

Elçin Zahiroğlu
Baku Post

Bənzər Xəbərlər

28.07.2026 - 22:40Gülnar Əliyeva

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik KİMDİR? - ŞOK DETALLAR

28.07.2026 - 10:00Gülnar Əliyeva

Keçmiş baş prokurorla bağlı İLGİNC MƏLUMAT

27.07.2026 - 21:38Gülnar Əliyeva

Ağdamdakı görüntü ilə bağlı - Rəsmi açıqlama

27.07.2026 - 20:14Gülnar Əliyeva

Nazirlər Kabineti mühüm qərar qəbul edib:Sürücülərdən alınan bu cərimələr geri qaytarılır

27.07.2026 - 18:01Gülnar Əliyeva

Azərbaycanda yeni nazir müavini təyin olundu

25.07.2026 - 11:50Gülnar Əliyeva

Bakıda yeni parklar hansı ərazilərdə salınacaq? – ARAŞDIRMA

24.07.2026 - 17:18Gülnar Əliyeva

Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi

24.07.2026 - 16:25Gülnar Əliyeva

İki prokuror vəzifədən azad edildi

24.07.2026 - 15:33Gülnar Əliyeva

AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü (SİYAHI)

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 274

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 563

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 589

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 460
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.