Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Mövlud Mustafayev vəfat etdi – FOTO
  • Sabahın hava proqnozu açıqlandı
  • SOCAR-da işləyənlərə mühüm xəbər:kütləvi ixtisarlarla bağlı…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»SOCAR-da işləyənlərə mühüm xəbər:kütləvi ixtisarlarla bağlı…

SOCAR-da işləyənlərə mühüm xəbər:kütləvi ixtisarlarla bağlı...

İqtisadiyyat Gülnar Əliyeva04.08.2026 - 14:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) kütləvi ixtisarlarla bağlı bir sıra sosial media resurslarında yayılan, hər hansı rəsmi mənbəyə əsaslanmayan rəqəmlər və iddialar həqiqəti əks etdirmir.

Yeniera.az xəbər verir ki,Bu barədə “Report”un sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.

Məlumata görə, 2024-2025-ci illər ərzində SOCAR-da işçi dövriyyəsi üzrə orta illik göstərici cəmi 2,4 % olub ki, bu da SOCAR-ın əmək bazarında sabit işəgötürən olduğunu təsdiq edən mühüm göstəricilərdəndir. Qeyd edilən işçi dövriyyəsinin böyük əksəriyyəti işçilərin təbii axını hesabına baş verib.

Həmçinin qeyd edilib ki, SOCAR-ın 2035-ci ilədək Korporativ Strategiyanın əsas istiqamətlərindən biri korporativ idarəetmənin təkmilləşdirilməsi, əməliyyat səmərəliliyinin artırılması, biznes proseslərinin optimallaşdırılması və insan kapitalının dayanıqlı inkişafının təmin edilməsidir: “Bu istiqamətdə həyata keçirilən tədbirlər təşkilati strukturun təkmilləşdirilməsi, biznes proseslərinin optimallaşdırılması və mövcud resursların daha səmərəli idarə olunmasına xidmət edir. Sözügedən proseslər qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilir”.

SOCAR-dan onu da bildiriblər ki, 2025-ci ildə “Sustainable Fitch” reytinq agentliyi tərəfindən SOCAR-ın Ətraf mühit, Sosial və Korporativ idarəetmə istiqamətləri (ESG) üzrə fəaliyyəti beynəlxalq “ER3” reytinqi ilə qiymətləndirilib: “Bu da qeyd olunan istiqamətlər üzrə SOCAR-da əsas siyasətlər və proseslərin mövcudluğunu, eləcə də beynəlxalq təcrübəyə uyğunlaşdırılmaqda olduğunu ifadə edir. Həmçinin SOCAR 2024-cü ildə öz Ətraf mühit, Sosial və Korporativ idarəetmə (ESG) hədəflərinə sadiqliyini nümayiş etdirərək “MSCI” (“Morgan Stanley Capital International”) beynəlxalq reytinq agentliyi tərəfindən Xəzər regionunda “BBB” səviyyəsində ESG reytinqi əldə edən ilk enerji şirkəti olub. Bütün bunlarla bərabər onu da qeyd etmək lazımdır ki, SOCAR Qrupa daxil olan müəssisələrin hər biri ayrılıqda hüquqi şəxs və işəgötürən qismində fəaliyyət göstərir və hər bir müəssisədə əmək münasibətləri üzrə bütün əməliyyatları Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə, eləcə də işçilərin əmək hüquqlarının qorunması, sosial məsuliyyət və korporativ idarəetmə sahəsində qeyd edilən prinsiplərə uyğun həyata keçirir”.

SOCAR fürsətdən istifadə edərək ictimaiyyəti və maraqlı tərəfləri yalnız şirkətin rəsmi məlumatlarına istinad etməyə çağırır.

Bənzər Xəbərlər

04.08.2026 - 14:35Gülnar Əliyeva

Mövlud Mustafayev vəfat etdi - FOTO

04.08.2026 - 14:20Gülnar Əliyeva

Sabahın hava proqnozu açıqlandı

04.08.2026 - 13:50Gülnar Əliyeva

Bu rayonda 15 gün qaz olmayacaq

04.08.2026 - 13:35Gülnar Əliyeva

Azərbaycanda qızını boğan ata həbsdə ÖLDÜ

04.08.2026 - 11:55Gülnar Əliyeva

ABŞ bu ölkədəki səfirliyini bağlayır

04.08.2026 - 11:43Gülnar Əliyeva

Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş

04.08.2026 - 11:16Gülnar Əliyeva

Kimlərə gələn aydan kompensasiya ödəniləcək?

04.08.2026 - 11:03Gülnar Əliyeva

Nazirlər Kabineti yeni qərar verib

04.08.2026 - 10:50Gülnar Əliyeva

Pensiya alanlarla bağlı yeni xəbər

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 532

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 744

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 758

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 592
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.