Abşeronda bıçaqlanma hadisəsi baş verib.
Yeniera.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Baş həkimin müavini işdən çıxarılan əməkdaş tərəfindən bıçaqlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elçin Balayev tutularaq, istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

