Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu liseyin direktoru istefa verdi – FOTO
  • Mirziyoyev “Mərkəzi Asiya-Azərbaycan” biznes forumunun keçirilməsini təklif etdi
  • Rəna Abbasova şöbə müdiri təyin edildi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Bu liseyin direktoru istefa verdi – FOTO

Bu liseyin direktoru istefa verdi - FOTO

Cəmiyyət Gülnar Əliyeva08.10.2026 - 13:13
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bakı şəhəri Tərlan Heybətov adına “Vətən” idman liseyinin direktoru Tərminə Əsədova ilə bağlanmış əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilib.

Yeniera.az bu barədə anews.az-a istinadən xəbər verir.

Müqaviləyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsasında xitam verilib. Həmin bənd əmək müqaviləsinin işçinin təşəbbüsü ilə dayandırılmasını nəzərdə tutur.

Əsədovanın adı bu ilin avqustunda liseydə müəllimin valideyndən pul alması ilə bağlı yayılan media materiallarında da çəkilib.

Bəzi saytlarında dərc olunan yazılarda liseyin müəllimi Pünhan Pənahovun məzunlardan birinin valideynindən Dövlət İdman Akademiyasına qəbul imtahanı ilə bağlı kömək vədi qarşılığında 5 500 manat aldığı iddia olunub. Həmin yazılarda Pənahovun Əsədovaya arxalandığı və məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığı bildirilib.

Əsədova daha əvvəl 126 saylı məktəbin direktoru olarkən də mətbuatda işıqlandırılıb. 2019-cu ildə yayımlanan xəbərdə həmin məktəbin ibtidai sinif şagirdlərinin qonşu 244 saylı məktəbə köçürülməsi ilə bağlı sakinlərin narahatlığı və direktorun məsələni şərh etməkdən imtina etməsi qeyd olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi isə ibtidai siniflərin köçürüldüyünü və məktəbin bazasında “Vətən” idman liseyinin yaradıldığını bildirmişdi.

Bənzər Xəbərlər

08.10.2026 - 13:00Gülnar Əliyeva

Mirziyoyev “Mərkəzi Asiya-Azərbaycan” biznes forumunun keçirilməsini təklif etdi

08.10.2026 - 12:43Gülnar Əliyeva

Rəna Abbasova şöbə müdiri təyin edildi

08.10.2026 - 12:30Gülnar Əliyeva

Xəstəxanada bıçaqlanan direktor müavini Vüqar Qurbanovun qohumu imiş - FOTO

08.10.2026 - 12:05Gülnar Əliyeva

“Problem TƏBİB-in sistemindədir” - Səhiyyə Nazirliyi

08.10.2026 - 11:52Gülnar Əliyeva

Tanınmış baş həkimin müavini bıçaqlandı

08.10.2026 - 11:40Gülnar Əliyeva

“Sammitdə Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq” - Paşinyan

08.10.2026 - 11:30Gülnar Əliyeva

Metro ilə bağlı şad xəbər - Bu tarixdə...

08.10.2026 - 11:15Gülnar Əliyeva

Bu marşrutların hərəkət sxemləri dəyişdirildi

08.10.2026 - 11:00Gülnar Əliyeva

Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 256

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 232

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 134

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 877
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.