Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Gəncədə boğularaq öldürülən qadının – Fotosu
  • Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
  • Yasamalda tikinti xaosu: Şərifzadə küçəsində aparılan qanunsuz tikintiləri kim himayə edir?
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Universitetə qəbulda keçid balları qalxacaq – AÇIQLAMA

Universitetə qəbulda keçid balları qalxacaq - AÇIQLAMA 

Cəmiyyət Gülnar Əliyeva21.08.2026 - 18:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Universitetlərə ixtisas seçimi başa çatıb. İndi isə abituriyent və valideynləri ən çox maraqlandıran məsələlərdən biri keçid ballarının necə dəyişəcəyi ilə bağlıdır.

Bəs bu il ixtisas qruplarında vəziyyət necə dəyişə bilər?

Təhsil eksperti Ramin Nurəliyev Redaktor.az-a açıqlamasında qeyd etdi ki, I ixtisas qruplarında riyaziyyat-informatika alt qrupunda balların azalacağı müşahidə olunacaq:

“Riyaziyyat-informatika alt qrupunda haradasa 20 bal ətrafında balların azalması gözlənilir. Bu, xüsusilə də 400 baldan yuxarıya doğru getdikcə özünü göstərəcək. Xüsusilə də 400 balda, misal üçün, stabil olacaq, 450 balda haradasa 5 bal, 450-500 bal arasında 10-20 bal, hətta bəzi ixtisaslarda bu 20-25 bal da ola bilər. Standart olaraq 20 bal ətrafında belə azalma müşahidə olunacaq. Orta ballar stabil görünür, haradasa 400 bal, 400-450 bal hardasa stabil görünür. Bəli, 300 bal və 400 bal arasında, 350-dən aşağısında artıq yavaş-yavaş balların artması müşahidə olunacaq. Xüsusilə də dövlət universitetlərində balların artması müşahidə oluna bilər. Bu, hesab edirəm ki, çox böyük bir rəqəm deyil. Yəni qeyd etdiyiniz kimi, 50 bal deyil, artım hardasa 20 bala qədər müşahidə oluna bilər. Bəzi ixtisaslarda bu, 30 bal ətrafında da dəyişə bilər.

I qrup riyaziyyat-kimya alt qrupunda eyni şəkildə yuxarı ballarda ballar düşəcək, orta ballar stabil, keçən ilki ilə eyni şəkildə, aşağı ballarda da balların getdikcə, üzü aşağıya getdikcə artması gözlənilir. Ümumi olaraq, əsasən də hər il riyaziyyat-kimya alt qrupunda bəlkə də minlərlə boş yer qalırdısa, artıq həmin minlərlə qalan boş yerlərin demək olar ki, yarısı dolmuş olacaq. Bunları da Dövlət İmtahan Mərkəzinin son günlərdə 150 ballıq ixtisasların sayını artırması ilə əlaqələndirirəm. Çünki 150 ballıqların sayının artırılması həmin ixtisasların artıq boş qalmamasına gətirib çıxaracaq. Bu da haradasa keçən il 4000 ətrafında boş yer qalırdısa, bu il o minimuma enəcək, haradasa yarısı, demək olar ki, dolmuş ola bilər”.

Onun sözlərinə görə, II ixtisas qruplarında yuxarı ballarda balların düşüşü müşahidə olunacaq:

“Haradasa 10-15 bal ətrafında ballar düşəcək. Orta ballar stabil görünür. Aşağı ballarda da balların çox ciddi olmamaq şərti ilə azacıq qalxması, bir 10 bal ətrafında qalxması aşağıya getdikcə müşahidə oluna bilər. O da haradasa belə deyək, özəl universitetlərdə ehtimal oluna bilər. Yaxud da keçən il, misal üçün, 250-260 bal olan ixtisaslarda bu il 10-15 bal ətrafında qalxım müşahidə oluna bilər. Amma orta ballar stabil olaraq, misal üçün, 350 ballar stabil olaraq qalacaq.

II ixtisas qruplarında rus bölməsində vəziyyət çox, çox gərgindir. Yuxarı ballarda yenə də o qədər də problem yoxdur, aşağı ballarda ciddi artım müşahidə olunur. Haradasa 30 bala qədər bu gəlib çıxa bilər.

III ixtisas qrupunda eyni şəkildə demişdim, əvvəllərdə hüquqda ballar düşəcək. Bəli, ballar düşəcək, haradasa 10 bal ətrafında hüquq ixtisası üzrə balların düşəcəyi ehtimal olunur. Yuxarı ballarda yenə də eyni şəkildə azalma müşahidə olunacaq, amma aşağı ballarda III qrupda ciddi artım müşahidə olunacaq. Xüsusilə də rus bölməsində. Rus bölməsində demək olar ki, haradasa ixtisasa görə 30-35 bala qədər qalxma müşahidə olunacaq. Bu il rus bölməsində vəziyyətin bir az dəyişiklik olması, əvvəlki illərdə rus bölməsində abituriyentlər birbaşa rus bölməsi ixtisaslarına daha çox müraciət edə bilirdilərsə, yəni rus bölməsi ixtisasları daha çox idisə, bu il isə rus bölməsinə aid olan ixtisasların azalması və Azərbaycan-rus bölməsi ilə birgə ixtisaslara seçim hüququ verilməsi, əlbəttə ki, rus bölməsi abituriyentlərinin vəziyyətini müəyyən qədər çətinləşdirəcək. Çünki Azərbaycan abituriyentlərinin sayının çoxluğu, yüksək balı olanların birbaşa həmin ixtisasları tutması rus bölməsinə müəyyən qədər çətinlik yaradacaq”.

Müsahibimiz vurğuladı ki, III ixtisas qrupu TC alt qrupunda vəziyyət daha pisdir:

“TC alt qrupunda haradasa 70 bala qədər qalxma müşahidə oluna bilər. Beynəlxalq münasibətlər ixtisaslarında mən 50 bal ətrafında qalxma müşahidə edirəm. Bununla yanaşı, dövlət universitetlərinin regionşünaslıq ixtisaslarına, misal üçün, Bakı Dövlət, Dillər Universiteti və Slavyan Universitetində haradasa 30-70 bala qədər balların qalxacağı gözlənilir. Yəni qeyri-perspektivli ixtisaslarda, misal üçün, 30, 35-40 bal arası, amma perspektivli ixtisaslarda isə haradasa 70 bala qədər qalxma müşahidə oluna bilər. Misal üçün, Çin regionşünaslıq ixtisasında, regionşünaslıq Almaniya ixtisasında bu artım daha çox müşahidə oluna bilər.

IV ixtisas qruplarında tibb ixtisasında vəziyyət kritik olacaq. Tibb ixtisasında haradasa artma müşahidə olunacaq. 15 bal ətrafında tibb ixtisasında artım müşahidə oluna bilər. Bununla yanaşı, orta ballar yenə stabil olaraq görünür. Çünki orada haradasa biotexnologiya ixtisasının Bakı Mühəndislik Universitetində və Neft və Sənaye Universitetində açılması orta bal, yəni 550 bal ətrafında bal toplayan abituriyentlər üçün əlavə imkanlar formalaşdırdı ki, bu da haradasa 100 yerdən çox yerdir ki, bu yerə də həmin orta balları stabil olaraq saxlayır. Aşağı ballarda o qədər də çox dəyişiklik olmayacaq, haradasa 5-6 bal, bəzi ixtisaslarda 10 bala qədər dəyişiklik ola bilər.

V ixtisas qrupunda xüsusilə də dizayn və idman ixtisaslarında, yəni hansı ki, buraxılış imtahanının əsas amil kimi təsir etdiyi, nəticəyə təsir etdiyi ixtisaslarda azalma müşahidə olunacaq. Çünki buraxılış imtahanının çətin olması birbaşa həmin ixtisaslarda qəbulun buraxılış imtahanı nəticəsinə əsasən aparılması dizayn, idman ixtisaslarında balların azalmasına gətirib çıxara bilər”.

Bənzər Xəbərlər

21.08.2026 - 21:32Gülnar Əliyeva

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

21.08.2026 - 20:25Gülnar Əliyeva

Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat

21.08.2026 - 19:07Gülnar Əliyeva

Yasamalda tikinti xaosu: Şərifzadə küçəsində aparılan qanunsuz tikintiləri kim himayə edir?

21.08.2026 - 18:25Gülnar Əliyeva

Məşhur musiqiçi VƏFAT ETDİ - FOTO

21.08.2026 - 18:10Gülnar Əliyeva

İmran Xan həbsxanaya qaytarıldı

21.08.2026 - 17:40Gülnar Əliyeva

Məktəbli formaları ilə bağlı valideynlərə - Çağırış

21.08.2026 - 17:20Gülnar Əliyeva

Anar Nəcəfliyə yeni vəzifə verildi

21.08.2026 - 17:05Gülnar Əliyeva

“Sabah”ın oyununa 15 min bilet satıldı

21.08.2026 - 16:55Gülnar Əliyeva

İlham Əliyev FƏRMAN İMZALADI

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 855

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 956

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 914

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 739
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.