Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Başına 5 milyon dollar qoyulan “Ponço” belə həbs edildi – Video
  • Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
  • Bu ölkədə güclü ZƏLZƏLƏ OLDU
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Mədəniyyət»“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Mədəniyyət Ariz Əhədov02.06.2026 - 18:18
Screenshot
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link
Screenshot
“Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi (AMİL) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyun 2026-cı il tarixindən “Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına start verib.Layihə Bakı şəhərində, 3 ay müddətində (01 iyun– 30 avqust 2026-cı il) icra olunacaq.

Layihə rəhbəri Leyla Rəcəbzadə bildirib ki,  Layihənin əsas məqsədi müxtəlif yaş qruplarından olan uşaqların psixoloji rifahını gücləndirmək, onların emosional sabitliyini, özünəinamını və sosial mühitə uyğunlaşma bacarıqlarını inkişaf etdirməkdir. Müasir dövrdə uşaqlar məktəb, ailə və sosial münasibətlərdə bir çox psixoloji çətinliklərlə qarşılaşır. Bu layihə vasitəsilə uşaqlara öz hisslərini tanımaq, ifadə etmək, münaqişələri sülh yolu ilə həll etmək və stresslə sağlam şəkildə mübarizə aparmaq öyrədiləcək.                                                                                        Layihə çərçivəsində 3 ay ərzində 3 psixoloji təlimtəşkil ediləcək. Təlimlər oyun terapiyası, hisslərin rənglərlə ifadəsi, özünüifadə və yaradıcılıq, komanda oyunları, dostluq və empatiya, emosional intellektin inkişafı, özünüidarə, hədəf qoyma və stressin idarə edilməsi kimi mövzular əhatə edəcək. Təlimlər interaktiv üsullarla – oyunlar, qrup tapşırıqları vasitəsilə aparılacaq. Eyni zamanda valideynlərlə maarifləndirici söhbətlər keçiriləcək, onlara uşaqlarla düzgün ünsiyyət və dəstək yolları haqqında məlumat veriləcək.

Leyla Rəcəbzadə qeyd edib ki, Layihənin icrası zamanı uşaqlar hisslərini tanıma və ifadəetmə bacarığı qazanacaq, öz hisslərini daha düzgün və sağlam şəkildə ifadə etməyi öyrənəcəklər. Stress, qorxu və aqressiv davranış səviyyəsində azalma müşahidə olunacaq – uşaqlar mənfi emosiyalarla mübarizə aparmağı öyrənəcəklər. Uşaqlarda özünəinam və sosial bacarıqlar artacaq, onlar dostları və ailə üzvləri ilə daha rahat ünsiyyət quracaqlar.Empatiya və birgə fəaliyyət vərdişləri formalaşacaq – uşaqlar qrup işlərində daha aktiv və əməkdaşlığa meylli olacaqlar. Valideynlər uşaqların emosional vəziyyətinə daha diqqətli yanaşacaq, müsbət davranış modellərindən istifadə etməyi mənimsəyəcəklər. Məktəb və ailə mühitində uşaqların davranışında pozitiv dəyişikliklər müşahidə olunacaq, sosial münasibətlərdə gərginlik azalacaq.Psixoloji maarifləndirmə mədəniyyəti güclənəcək – həm uşaqlar, həm valideynlər emosional sağlamlığın əhəmiyyətini daha yaxşı anlayacaqlar.

Yeniera.az

Bənzər Xəbərlər

02.08.2026 - 11:24Gülnar Əliyeva

Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - Prezident və xanımı əklil göndərdi

01.08.2026 - 11:36Gülnar Əliyeva

Nəriman Həsənzadə Fəxri xiyabanda dəfn olunacaq

01.08.2026 - 08:30Gülnar Əliyeva

Nəriman Həsənzadə vəfat etdi

29.07.2026 - 19:39Gülnar Əliyeva

Baş nazirdən Xalq artisti ilə bağlı QƏRAR - FOTO 

29.07.2026 - 15:10Gülnar Əliyeva

Bu teatrın direktoru vəzifəsindən azad olundu

24.07.2026 - 18:25Gülnar Əliyeva

Anar: “Mədəniyyət Nazirliyi bizdən üzr istədi”

24.07.2026 - 00:57Gülnar Əliyeva

Nazir Flora Kərimovanın evinə getdi

22.07.2026 - 10:00Gülnar Əliyeva

Azərbaycanın Xalq artisti vəfat etdi - FOTO

20.07.2026 - 22:53Gülnar Əliyeva

Əliqismət Lalayevə yeni vəzifə verilib

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 490

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 707

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 726

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 564
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.