Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • 9 yaşlı qıza ögey anası zorakılıq edir?
  • Bakı Metropolitenində iş saatı uzadılacaq
  • Elçibəyin qardaşı qızının evi əlindən alınıb?
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Vüqar Bayramovdan pensiya artımı ilə bağlı müjdə

Vüqar Bayramovdan pensiya artımı ilə bağlı müjdə

İqtisadiyyat Gülnar Əliyeva25.08.2026 - 13:25
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Neft və qızılın dünya bazarında bahalaşması fonunda Azərbaycanın gəlirlərinin artması ilə bağlı gözləntilər 2027-ci ildə sosial ödənişlərin, o cümlədən maaş və pensiyaların yenidən artırılması imkanlarını gündəmə gətirir.

Bəs 2027-ci ildə maaş və pensiyaların artırılması üçün hansı iqtisadi imkanlar yarana bilər və bu artımların həcmini əsasən hansı göstəricilər müəyyən edəcək?

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda sosial təminat tədbirləri hər zaman prioritetdir və sosial paketin dərinləşdirilməsi də Azərbaycanın həyata keçirdiyi siyasətin əsas istiqamətlərindəndir.

Onun sözlərinə görə, xüsusən də bir sıra sosial artımlar qanunvericiliklə tənzimlənir:

“2027-ci ilin yanvarında bütün növ əmək pensiyalarında artımlar olacaq. Çünki “Əmək pensiyaları haqqında” qanuna əsasən, 2026-cı ildə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq pensiyalarda artım həyata keçirilir və bu il ölkə üzrə orta aylıq əməkhaqqı neçə faiz artacaqsa, həmin faiz nisbətində 2027-ci ilin yanvarında pensiyalar artırılacaq.

Faiz 2026-cı ilin sonuna doğru dəqiqləşəcək və bu da uyğun olaraq artımların reallaşmasına imkan verəcək.

Pensiya artımları bütün növ əmək pensiyalarını, yəni yaşa görə əmək pensiyasını, ailə başçısını itirməyə görə əmək pensiyasını və əlilliyə görə əmək pensiyası alan vətəndaşlarımızı əhatə edəcək.

Bu, təxminən 1 milyon 100 min vətəndaşımızın 2027-ci ilin yanvarında pensiyalarının artması anlamına gələcək.

Digər istiqamətlər, xüsusən də maaş və müavinətlərlə bağlı artımlar da hər zaman diqqət mərkəzindədir və bu il bir sıra sektorlarda əməkhaqqı artımlarını müşahidə etdik. Sözsüz Kİ, cənab Prezident tərəfindən bu istiqamətdə mütəmadi sənədlər imzalanır. Yalnız son 6 ildə 5 sosial paket reallaşıb.

Biz eyni zamanda yaşa görə müavinətin artırılmasını da təklif edirik. Çünki hazırda yaşa görə müavinətin məbləği 220 manatdır və nəzərə alsaq ki, bu, 65 yaşı tamam olan və əmək pensiyası ala bilməyən vətəndaşlarımıza ödənilən müavinətdir.

Ona görə biz bu müavinətin məbləğinə yenidən baxılmasını və artırılmasını təklif edirik. Eyni zamanda, təklif edirik ki, mövcud maliyyə imkanları çərçivəsində yaşa görə müavinətin artırılması ilə bağlı qərarın verilməsi məsələsinə baxılsın”, – deyə Vüqar Bayramov fikrini tamamlayıb.

Bənzər Xəbərlər

25.08.2026 - 14:30Gülnar Əliyeva

9 yaşlı qıza ögey anası zorakılıq edir?

25.08.2026 - 14:18Gülnar Əliyeva

Bakı Metropolitenində iş saatı uzadılacaq

25.08.2026 - 14:05Gülnar Əliyeva

Elçibəyin qardaşı qızının evi əlindən alınıb?

25.08.2026 - 13:50Gülnar Əliyeva

Azərbaycanda vəzifəli şəxsi vəfat etdi - FOTO

25.08.2026 - 13:38Gülnar Əliyeva

Natəvan Həsənovaya yeni vəzifə verildi

25.08.2026 - 13:13Gülnar Əliyeva

600 balla tələbə olmayanlar kimlərdir? - AÇIQLAMA

25.08.2026 - 13:00Gülnar Əliyeva

Bu gün yeni restoranının açılışı olacaqdı - Qəzada HƏYATINI İTİRDİ

25.08.2026 - 12:48Gülnar Əliyeva

Avqustun 26-da hava dəyişir: Şimşək çaxacaq, leysan yağacaq

25.08.2026 - 12:34Gülnar Əliyeva

Azərbaycanda yanacaqdoldurma məntəqəsində GÜCLÜ YANĞIN

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 881

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 974

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 929

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 748
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.