Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər – İstintaq bitdi
  • Onların maaşı 22,8% artacaq — ŞAD XƏBƏR
  • Aydın Nəsimiyev vəfat etdi – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»WUF13-də nazirlər səviyyəsində görüş keçirildi – Video

WUF13-də nazirlər səviyyəsində görüş keçirildi - Video

Siyasət Ariz Əhədov17.05.2026 - 15:10
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 17-də Bakıda “Milli Nazirlik Bəyanatları – Yeni Şəhərsalma Proqramının gedişatı” mövzusunda nazirlər səviyyəsində görüş keçirilib.

Yeniera.az xəbər verir ki, tədbirdə 100-dən çox ölkənin nümayəndəsi çıxış edib.

Görüşdə Malayziyanın Mənzil Tikintisi və Yerli Özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq çıxışında deyib ki, şəhərsalma Malayziya üçün, sadəcə, siyasət istiqaməti deyil, həm də milli zərurətdir. Hazırda Malayziya əhalisinin 75 faizdən çoxu şəhərlərdə yaşayır və şəhərlər ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsidir. Bununla yanaşı, sürətli şəhərsalma mənzil əlçatanlığı, iqlim dəyişiklikləri və sosial inklüzivlik kimi ciddi çağırışlar yaradır.

WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərinin yarıdan çoxu yaşıl zona olacaq.

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr dayanıqlı inkişaf prinsiplərinə uyğun icra edilir. Region ərazisinin yarıdan çoxu yaşıl zona kimi müəyyən olunub. Layihələr çərçivəsində bərpaolunan enerji, ekoloji yanaşmalar və müasir şəhərsalma prinsipləri əsas prioritetlərdəndir”, – deyə A.Quliyev vurğulayıb.

Onun sözlərinə görə, son 5 ildə Qarabağda və Şərqi Zəngəzurda infrastruktur və mənzil layihələrinə təxminən 14,7 milyard ABŞ dolları həcmində investisiya yatırılıb.

O, söyləyib ki, 2028-ci ilədək bu məbləğin 18 milyard dollara çatacağı gözlənilir. Layihələr “ağıllı” infrastruktur, bərpaolunan enerji, dayanıqlı torpaq istifadəsi və rəqəmsal idarəetmə sistemlərini əhatə edir.

Anqolanın ictimai işlər, şəhərsalma və mənzil tikintisi naziri Karluş Alberto Qreqoriu duş Santuş diqqətə çatdırıb ki, ölkəsi demoqrafik artım və genişmiqyaslı daxili miqrasiya nəticəsində sürətli şəhərsalma dövrünü yaşayır. Hazırda Anqola əhalisisinin sayı 36 milyonu ötür, onların əhəmiyyətli hissəsi iri şəhərlərdə və şəhərətrafı ərazilərdə yaşayır. Şəhər əhalisinin sürətlə artması mənzil sektoru, nəqliyyat infrastrukturu, sanitariya sistemləri və digər əsas xidmət sahələri üzərində ciddi yük yaradır.

Nazir WUF13-də bu sahədə bir sıra problemlərin öz həllini tapacağına ümid etdiyini bildirib.

Çexiyanın regional inkişaf naziri Suzana Mrazova bildirib ki, ölkəsi Yeni Şəhərsalma Proqramının qəbulundan sonra onun icrası istiqamətində ardıcıl fəaliyyət göstərir və sənədi dayanıqlı şəhər inkişafı üzrə əsas qlobal çərçivə kimi qiymətləndirir. Onun sözlərinə görə, ölkədə şəhərsalma siyasəti sosial və institusional inkişafın gücləndirilməsinə, əsas xidmətlərə çıxışın yaxşılaşdırılmasına və mənzil əlçatanlığının artırılmasına yönəlib.

Kanadanın mənzil, infrastruktur və icmalar nazirinin müavini vəzifəsini icra edən Janet Golding vurğulayıb ki, ölkəsi qarşıdakı illərdə üç əsas istiqamətə üstünlük verəcək. Bunlar mənzil tikintisinin sürətləndirilməsi, inklüziv inkişaf və tərəfdaşlıqların gücləndirilməsi, həmçinin iqlim dəyişikliyinə davamlı və enerji səmərəli şəhərlərin qurulmasıdır.

O qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumunun sessiyaları ölkələr arasında təcrübə mübadiləsi və ortaq həllərin müəyyənləşdirilməsi baxımından mühüm platformadır.

Estoniyanın İqlim Nazirliyinin yaşayış mühiti və dairəvi iqtisadiyyat üzrə baş katibinin müavini İvo Yaaniso deyib ki, şəhərlərin uğurlu inkişafını uşaqların təhlükəsiz şəkildə məktəbə gedə bilmələri ilə ölçmək olar. Estoniya kiçik ölkə olsa da, şəhərləri rəqəmsal innovasiya, yaşıl keçid və inklüziv planlaşdırma sahələrində mühüm təcrübə məkanına çevrilib. Təhlükəsiz şəhərlərin formalaşdırılması prioritet istiqamətlərdən biridir.
İştirakçı ölkələr şəhərsalma sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi, dayanıqlı və inklüziv şəhərlərin qurulması, eləcə də iqlim dəyişikliklərinə uyğunlaşan şəhər inkişaf modellərinin tətbiqi istiqamətində görülən işləri və təcrübələrini bölüşüblər.

Çıxışlarda Yeni Şəhərsalma Proqramının həyata keçirilməsinin sürətləndirilməsi, şəhərlərin daha təhlükəsiz, yaşıl və yaşayış üçün əlverişli mühitə çevrilməsi baxımından innovativ yanaşmaların tətbiqinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, bu istiqamətdə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi şəhərlərin gələcək inkişafında mühüm rol oynayır. Eyni zamanda, şəhər infrastrukturunun modernləşdirilməsi, yaşayış standartlarının yüksəldilməsi və sosial xidmətlərin əlçatanlığının artırılması istiqamətlərində görülən işlər diqqətə çatdırılıb.

Qeyd edilib ki, şəhərsalma sahəsində qarşıya çıxan çağırışların həlli yalnız milli səylərlə deyil, həm də beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə mümkün ola bilər. Bu baxımdan təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və texniki biliklərin paylaşılması mühüm əhəmiyyət daşıyır.

Tədbirdə, həmçinin şəhərlərin iqlim dəyişikliyinə davamlılığının artırılması, yaşıl infrastrukturun genişləndirilməsi, enerji səmərəliliyinin yüksəldilməsi və ekoloji risklərin azaldılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Bənzər Xəbərlər

25.09.2026 - 09:00Gülnar Əliyeva

Bayramovla Mirzoyan Nyu-Yorkda görüşdü - Fotolar

24.09.2026 - 20:15Gülnar Əliyeva

Ceyhun Bayramov İƏT-də çıxış etdi - Fələstinlə bağlı danışdı

24.09.2026 - 19:10Gülnar Əliyeva

Prezident qanunu imzalamadan Milli Məclisə geri QAYTARDI

24.09.2026 - 18:10Gülnar Əliyeva

Prezident məktəblərlə bağlı FƏRMAN İMZALADI

24.09.2026 - 16:22Gülnar Əliyeva

Prezident bu icra başçısını vəzifəsindən azad etdi

24.09.2026 - 13:14Gülnar Əliyeva

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul etdi - Foto

24.09.2026 - 13:11Gülnar Əliyeva

Formula 1 üzrə 10-cu Azərbaycan Qran-Prisi başladı

24.09.2026 - 11:33Gülnar Əliyeva

SON DƏQİQƏ! Xəzərdə zəlzələ oldu

24.09.2026 - 11:28Gülnar Əliyeva

“Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil” - Əli Nağıyev

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 101

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 123

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 042

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 830
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.