Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bakıda binada yanğın – ÖLƏN VAR
  • Sabah 25 ərazidə qaz kəsiləcək – XƏBƏRDARLIQ
  • Xəzərlə bağlı qorxulu iddialar YAYILDI – RƏSMİ CAVAB
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Xəzərlə bağlı qorxulu iddialar YAYILDI – RƏSMİ CAVAB

Xəzərlə bağlı qorxulu iddialar YAYILDI – RƏSMİ CAVAB

Hadisə Ariz Əhədov28.04.2026 - 23:09
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Xəzər dənizində zəlzələlərin baş verməsi təbii seysmik prosesdir və bu, qeyri-adi hal kimi qiymətləndirilməməlidir”.

Yeniera.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, zəlzələlər təkcə quruda deyil, dəniz akvatoriyasında da mütəmadi olaraq qeydə alınır:

“Xəzərdə zəlzələlərin baş verməsi normal haldır. Ümumiyyətlə, həm dənizdə, həm də quruda zəlzələlər olur. Azərbaycanın müxtəlif bölgələrində də belə hallar müşahidə edilir. Bu, qeyri-adi bir vəziyyət deyil.

Xəzərdə baş verən zəlzələlər adətən daha dərin ocaqlarda yaranır və əksər hallarda hiss olunmur. Ona görə də ciddi narahatlığa əsas yoxdur, xırda təkanlar ola bilər ki, bu da təbii prosesdir”.

RSXM rəhbəri Xəzər dənizində suyun səviyyəsinin azalması ilə seysmik proseslər arasında müəyyən təsirlərin ola biləcəyini istisna etməsə də, bunun böyük zəlzələ riski yaratması barədə fikirlərin elmi əsasının olmadığını vurğulayıb. Hazırda xırda təkanlar müşahidə olunur. Elə bir bölgə yoxdur ki, orada güclü, dağıdıcı zəlzələ ehtimalı yüksək olsun. Ola bilər ki, 3-4 bal gücündə zəif zəlzələlər hiss edilsin, amma bunlar təhlükəli deyil və ciddi fəsad törətmir”.

Q.Yetirmişli əlavə edib ki, Xəzərdə zəlzələlərin baş verməsini yalnız suyun səviyyəsinin azalması ilə əlaqələndirmək doğru yanaşma deyil. Onun sözlərinə görə, dənizdə seysmik təkanlar suyun səviyyəsi yüksək olduğu dövrlərdə də qeydə alınıb.

RSXM rəhbəri bildirib ki, bu proses yalnız suyun tamamilə çəkilməsi və vəziyyətin həyəcan doğuracaq həddə çatması halında daha ciddi müzakirə mövzusu ola bilər. Hazırda isə belə bir durum müşahidə edilmir:

“Onsuz da Xəzərdə suyun səviyyəsi çox olanda da zəlzələlər baş verib. Ona görə bunu birbaşa suyun çəkilməsi ilə bağlamaq düzgün deyil. Təhlükəli vəziyyətdən yalnız o halda danışmaq olar ki, suyun səviyyəsi kəskin və kritik həddə düşsün. Hazırda isə belə bir hal yoxdur, narahatlığa əsas görmürük”.

Bənzər Xəbərlər

29.04.2026 - 00:19Ariz Əhədov

Bakıda binada yanğın - ÖLƏN VAR

28.04.2026 - 23:36Ariz Əhədov

Sabah 25 ərazidə qaz kəsiləcək - XƏBƏRDARLIQ

28.04.2026 - 22:45Ariz Əhədov

İranda hakimiyyət SEPAH-ın əlinə keçib - İddia

28.04.2026 - 22:40Ariz Əhədov

Əmək Müfəttişliyi institut direktorunu 1000 manat cərimələdi - SƏBƏB

28.04.2026 - 22:30Ariz Əhədov

Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək mümkün deyil

28.04.2026 - 22:15Ariz Əhədov

İranlı səfir paylaşımına görə Britaniya XİN-ə çağırıldı

28.04.2026 - 22:00Ariz Əhədov

Elşən Xəzərin qızı ifadə verdi - FOTO

28.04.2026 - 21:00Ariz Əhədov

Avtomobilləriniz dövlət mülkiyyətinə keçə bilər: XƏBƏRDARLIQ

28.04.2026 - 20:45Ariz Əhədov

Bayramov BƏƏ-nin dövlət naziri ilə Qəbələdə görüşdü - Foto

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 258

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 041

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 940

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 152
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.