Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • AĞIR QƏZA: ölən və xəsarət alanlar var
  • Maliyyə şansı yüksələcək 3 BÜRC
  • İran və ABŞ atəşkəs barədə razılığa GƏLDİ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Yarım milyon mənimsəyən bacısını xilas etmək istədi – Öz 80 minindən oldu

Yarım milyon mənimsəyən bacısını xilas etmək istədi - Öz 80 minindən oldu

Hadisə Ariz Əhədov04.09.2025 - 10:24
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

İşlədiyi şirkətin yarım milyondan çox pulunu mənimsəyən Tamilla Əliyevanın bacısı onu həbsdən azad etdirmək istəyərkən öz pullarını da itirib.

Yeniera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yeganə Mirmövsümova mühasib işləyən bacısının azadlığa çıxması üçün əvvəllər məhkum edilmiş Mirqərib Qasımova külli miqdarda pul verib.

Belə ki, keçmiş məhkum bacısının işinə görə təcili kömək axtaran Yeganəyə yüksək vəzifədə işləyən tanışlarının olduğunu deyib. Söz verib ki, həmin adamlar vasitəsilə xüsusilə ağır cinayətlərdə ittiham olunan bacısını həbsdən azad etdirə biləcək. O, həmin vaxt Ali Məhkəmənin sədri işləyən hakimi də yalandan yaxın adamı kimi təqdim edərək qarşı tərəfin inamını daha da möhkəmləndirib.

Yekunda tərəflər məsələnin həlli üçün 80 min manat qarşılığında əl sıxıblar. Yeganə qısa vaxtda həmin pulu taparaq verib.

Üstündən bir müddət keçəndən sonra Tamilla Əliyevaya 10 il 6 ay həbs cəzası verilib. Sonradan apellyasiya instansiyası da hökmü təsdiqləyib.

Nəhayət Yeganə bacısını həbsdən xilas etmək istəyərkən tora düşdüyünü anlayıb. Dələduzluğa məruz qalması ilə bağlı polisə müraciət edib.

Zərərçəkmişin şikayətinə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkalıqla Mübarizə İdarəsində araşdırılıb. İdarədə aparılan istintaqla Mirqərib Qasımovun başqa şəxslərə qarşı da dələduzluq əməllərinin üstü açılıb. O, toplanmış sübutlar əsasında həbs edilib.

İstintaq materiallarına əlavə edilmiş sənəddən görünür ki, təqsirləndirilən şəxs əvvəllər “Euro-Azia-Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhər filialının direktoru işləyib. Həmin şirkətdəki korrupsiya faktlarına görə 8 il 6 ay şərti cəza alıb. Hazırki vaxtda həmin məhkumluğu tam başa çatıb.

İşə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə baxılıb. Zərərçəkmiş şəxs məhkəmədə də polisə verdiyi ifadəni təsdiq edib. Onun sözlərinə görə, həmin pulu toplamaq üçün iki evini satıb. Hazırda isə 80 minin cəmi 30 mini ona qaytarılıb. Qalan hissə ödənilmədiyi üçün hələ də şikayətçidir.

Məhkəmə istintaqı vaxtı müttəhimin əməlindən əziyyət çəkən digər zərərçəkmişlər də dindirilib. Yekunda toplanmış sübutlar təsdiqini tapıb.

Hökmə əsasən, Mirqərib Qasımova ziyanın bir hissəsini ödəməsi nəzərə alınaraq 6 il həbs cəzası verilib.

Bənzər Xəbərlər

26.08.2026 - 00:22Gülnar Əliyeva

AĞIR QƏZA: ölən və xəsarət alanlar var

26.08.2026 - 00:15Gülnar Əliyeva

Maliyyə şansı yüksələcək 3 BÜRC

25.08.2026 - 23:50Gülnar Əliyeva

İran və ABŞ atəşkəs barədə razılığa GƏLDİ

25.08.2026 - 23:45Gülnar Əliyeva

Bu şəhərdə qaz olmayacaq

25.08.2026 - 23:43Gülnar Əliyeva

Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA

25.08.2026 - 21:50Gülnar Əliyeva

Birinci vitse-prezidenti təbrik etdi

25.08.2026 - 18:10Gülnar Əliyeva

“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək

25.08.2026 - 17:52Gülnar Əliyeva

Məşhur plastik cərrahların sertifikatı yox imiş - “Xətai Estetik Klinikası”...

25.08.2026 - 17:25Gülnar Əliyeva

İcra başçısı onu vəzifəyə təyin etdi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 885

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 977

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 933

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 749
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.