Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Araqçi Naxçıvana hücumdan danışdı – “narahatlıq”
  • Təcili! Pezeşkian Prezident İlham Əliyevə zəng edib
  • Müdafiə Nazirliyi məlumat yaydı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Yas mərasimləri ilə bağlı YENİ QƏRAR

Yas mərasimləri ilə bağlı YENİ QƏRAR

Cəmiyyət Ariz Əhədov09.02.2026 - 01:43
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanda yas mərasimləri keçirilərkən süfrə açılması, ehsan verilməsi uzun illərdir ənənə halını alıb. Bir neçə ildir yas mərasimlərində bol süfrələrin açılması ciddi şəkildə tənqid edilir. Lakin hələ də yas mərasimlərində dəbdəbəli ehsan süfrələrini tam yığışdırmaq mümkün olmayıb. Qeyd edək ki, ictimaiyyət tərəfindən ciddi şəkildə müzakirə edilən bu məsələ israfçılıq, özünü göstərmə və s. kimi də qiymətləndirilir. Doğrudur, bəzi rayon və kəndlərdə yas mərasimləri zamanı yemək verilməsi dayandırılıb və hamı bir qayda ilə süfrəyə çay, limon, halva və xurma verir. Ancaq bu nümunə bəzi bölgələrdə tətbiq olunur. Bu günlərdə Samux rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsinin ləğv edilməsi haqqında məlumat yayıldı. Yasda, əsasən, təkcə çay süfrəsinə icazə verilir. Yas mərasimlərində təntənəli ehsan süfrələrinin ləğv edilməsi təqdirolunası bir qərardır. Maraqlıdır, bu qərar bütün ölkə üzrə şamil oluna bilərmi?

Yeniera.az bildirir ki, məsələ ilə bağlı nocomment.az-a danışan İlahiyyatçı Ağa Hacıbəyli deyib ki, Azərbaycanda yas mərasimləri ilə bağlı son illər aparılan təbliğatın müsbət nəticələri tədricən özünü göstərir. Müxtəlif rayon və bölgələrdə bu mərasimlərin daha səliqəli, mədəni və israfdan uzaq keçirilməsi ilə bağlı xoş xəbərlər eşidilir:

Qeyd olunur ki, bu məsələnin tam şəkildə həlli yalnız qanunlarla mümkün deyil. Daha çox maarifləndirmə, düzgün izah və mədəni dəvət yolu ilə insanlar bu dəyərləri qəbul etməli və dərk etməlidirlər. Qanun vacib olsa da, insan onu anlayaraq qəbul etdikdə daha düzgün tətbiq edir. Eyni zamanda diqqətə çatdırılır ki, israf problemi təkcə yas mərasimləri ilə məhdudlaşmır. Toy məclislərində baş verən israf çox zaman yas mərasimlərində ediləndən qat-qat artıq olur. Əgər məqsəd doğrudan da israfın qarşısını almaqdırsa, bu məsələyə kompleks yanaşmaq və bütün mərasimləri əhatə edən islahatlara ehtiyac var.

Din xadimlərinin də bu mövzuda düzgün mövqe ortaya qoymasının vacibliyi vurğulanır. Bildirilir ki, Peyğəmbərimizin (s.ə.s) dövründə yas mərasimləri sadə formada, üç gün ərzində keçirilir, əsas diqqət isə yas sahibinə dəstək olmağa yönəlirdi. Zamanla formalaşan bəzi adətlərin bu mahiyyəti dəyişdirdiyi qeyd olunur. Ümid edirik ki, aparılan təbliğat və maarifləndirmə nəticəsində cəmiyyət bu dəyərləri yenidən mənimsəyəcək və yas mərasimləri öz mahiyyətinə uyğun şəkildə keçirilməyə başlayacaq”, – ilahiyyatçı yekunlaşdırıb.

Bənzər Xəbərlər

09.03.2026 - 00:43Ariz Əhədov

Araqçi Naxçıvana hücumdan danışdı - “narahatlıq”

08.03.2026 - 22:40Ariz Əhədov

Müdafiə Nazirliyi məlumat yaydı

08.03.2026 - 19:30Ariz Əhədov

Sabah imtahan verəcək şagirdlərin NƏZƏRİNƏ

08.03.2026 - 19:00Ariz Əhədov

Martın 9-u ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

08.03.2026 - 18:00Ariz Əhədov

İranın yeni ali dini lideri seçildi, adı…

08.03.2026 - 17:00Ariz Əhədov

DTX-nin sosial şəbəkə hesablarında paylaşım edilib

08.03.2026 - 17:00Ariz Əhədov

BƏƏ ilk dəfə İrana zərbələr endirdi

08.03.2026 - 16:40Ariz Əhədov

ABŞ və İsrail İranın bu şəhərini vurdu: 20 ölü, 50 yaralı

08.03.2026 - 15:00Ariz Əhədov

Çörək sexində FACİƏ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:284. 875

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 589

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 135

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 685
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.