Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu 4 BÜRCÜ böyük dəyişiklik gözləyir
  • İlqar Həmidov həbs edildi
  • Ukraynada dron hücumunda yaralanan azərbaycanlı tələbə VƏFAT ETDİ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Maraqlı»1 milyon insanın yaşayacağı Mars belə görünəcək

1 milyon insanın yaşayacağı Mars belə görünəcək

Maraqlı Gülnar Əliyeva07.08.2026 - 21:18
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Marsa maraq dünyada sürətlə artır. Bir neçə il əvvəl yalnız elmi tədqiqat obyekti kimi qəbul edilən Qırmızı planet bu gün artıq gələcəkdə mənimsənilməsi və hətta daimi yaşayış məntəqələrinin yaradılması planları ilə gündəmdədir.

Bu istiqamətdə ən iddialı layihələrdən biri Nüva adlı Mars şəhəri konsepsiyasıdır. Layihəyə əsasən, burada gələcəkdə 1 milyona yaxın insanın yaşaması nəzərdə tutulur.

Yeniera.az xəbər verir ki, Mars şəhəri ideyasının formalaşmasına 2021-ci ildə Qırmızı planetə göndərilən bir sıra kosmik missiyalar da təkan verib. Bunlar arasında BƏƏ-nin “Ümid” (Hope) missiyası, Çinin Tyanven-1 missiyası və ABŞ-ın “Perseverance” marsoxodu yer alır. Xüsusilə BƏƏ-nin proqramı 2117-ci ilə qədər Marsda beynəlxalq yaşayış məntəqəsinin yaradılmasını hədəfləyən uzunmüddətli strategiyanın tərkib hissəsi hesab olunur.

Bu fonda Mars Cəmiyyəti Marsda tammiqyaslı şəhər-dövlət konsepsiyasının hazırlanması üçün beynəlxalq müsabiqə elan edib. Ən çox diqqət çəkən layihələrdən biri isə SONet beynəlxalq təşkilatı və Abiboo Studiyası tərəfindən hazırlanan Nüva konsepsiyası olub. Layihənin əsas xüsusiyyəti şəhərin Mars səthində deyil, şaquli qayaların daxilində, təxminən 150 metr dərinlikdə inşa edilməsidir. Mütəxəssislərin fikrincə, bu üsul sakinləri kosmik radiasiyadan, kəskin temperatur dəyişikliklərindən və Mars atmosferi ilə şəhərin daxili arasındakı təzyiq fərqindən qoruyacaq. Layihədə insanların psixoloji rahatlığı da nəzərə alınıb. Şəhərdə iri yaşıl günbəzlər, bağlar, kiçik süni gölməçələr və ictimai məkanların salınması planlaşdırılır.

Məqsəd yeraltı yaşayışın yaratdığı mənfi təsirləri minimuma endirməkdir. Layihə müəllifləri hesab edirlər ki, gələcək Mars şəhəri mümkün qədər Yerdən asılı olmamalıdır. Buna görə də burada ərzaq, tikinti materialları, geyim, texnika və nəqliyyat vasitələrinin istehsalı nəzərdə tutulur. Yalnız mürəkkəb elektron komponentlərin Yerdən gətirilməsi planlaşdırılır. Enerji günəş elektrik stansiyaları və nüvə enerjisi hesabına təmin ediləcək. Şəhər sakinlərinin qidalanmasında bitkilərlə yanaşı, laboratoriyada yetişdirilmiş ət, yosunlar və həşəratlar da yer alacaq. Layihəyə əsasən, Nüva Marsda yaradılacaq beş şəhərdən ibarət şəbəkənin mərkəzi olacaq. Hər şəhərdə 200–250 min nəfərin yaşaması nəzərdə tutulur və onlar sürətli dəmir yolu vasitəsilə bir-biri ilə əlaqələndiriləcək. Tikinti mərhələli şəkildə həyata keçiriləcək.

İlk on il ərzində avadanlıqlar Yerdən daşınacaq və həmin müddətin sonunda şəhərdə təxminən 10 min nəfərin yaşaması mümkün olacaq. Hesablamalara görə, bir nəfərin Marsa köçürülməsi təxminən 300 min ABŞ dollarına başa gələcək. Köçən hər bir şəxs koloniyanın inkişafında əmək fəaliyyəti ilə iştirak etməli olacaq. Hazırda Nüva yalnız memarlıq konsepsiyası olsa da, layihə müəllifləri hesab edirlər ki, kifayət qədər maliyyə və siyasi iradə olarsa, XXI əsrin ortalarında tikintiyə başlanılması, əsrin sonuna qədər isə Marsda ilk tam fəaliyyət göstərən daimi yaşayış şəhərinin yaradılması mümkün ola bilər. Bundan əlavə, layihənin gələcəkdə tikinti, ekologiya, energetika, biologiya və ekstremal şəraitdə insan həyatının təşkili sahələrində yeni texnologiyaların hazırlanmasına da töhfə verəcəyi gözlənilir.///Sfera.az

Bənzər Xəbərlər

07.08.2026 - 23:24Gülnar Əliyeva

Bu 4 BÜRCÜ böyük dəyişiklik gözləyir

07.08.2026 - 23:21Gülnar Əliyeva

İlqar Həmidov həbs edildi

07.08.2026 - 23:20Gülnar Əliyeva

Ukraynada dron hücumunda yaralanan azərbaycanlı tələbə VƏFAT ETDİ

07.08.2026 - 21:50Gülnar Əliyeva

Bu kombilər bir-bir söküləcək - Tarix açıqlandı

07.08.2026 - 21:32Gülnar Əliyeva

Səfir təyin edilən Nemət Nağdəliyev kimdir? - DOSYE

07.08.2026 - 21:00Gülnar Əliyeva

Emil Əliyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

07.08.2026 - 20:45Gülnar Əliyeva

Ən güclü intuisiyaya sahib 5 BÜRC

07.08.2026 - 20:30Gülnar Əliyeva

Yeni Klinikanın direktor müavini işdən çıxarıldı 

07.08.2026 - 20:08Gülnar Əliyeva

Malayziyada yeni səfirimiz kimdir? — Dosye

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 683

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 848

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 830

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 658
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.