Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO
  • Ərinin ikinci arvadının ölməsi üçün “falçı”ya 14 min manat verdi – Bakıda
  • Subay kişilərə ŞOK QADAĞA – Qadınla birlikdə gəlməsələr…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»100 milyon dollarlıq barışıq – Tramp və Mask yenə yaxınlaşıb

100 milyon dollarlıq barışıq - Tramp və Mask yenə yaxınlaşıb

Dünya Gülnar Əliyeva15.08.2026 - 01:11
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Milyarder ilon Mask və ABŞ prezidenti Donald Tramp ötən yay baş verən ictimai münaqişədən sonra münasibətlərini bərpa ediblər.

Yeniera.az “The Wall Street Journal” qəzetinə istinadla xəbər verir ki, yaxınlaşmaya Ağ Ev rəsmiləri ilə danışıqlar, qarşılıqlı tanışlıqlar və bir neçə görüş, o cümlədən mühafizəkar fəal Çarli Kirkin ölümü fonunda keçirilən görüş kömək edib.

May ayında Trampın Çinə səfəri zamanı Mask yenidən prezidenti “Air Force One” təyyarəsində müşayiət edib. Mənbələrə görə, onlar arasında dostcasına söhbət olub. Mask ara seçkilərdə respublikaçıları dəstəkləyəcəyini və buna ən azı 100 milyon dollar xərcləmək niyyətində olduğunu açıqlayıb. Qəzet aydınlaşdırıb ki, bu məbləğ seçici fəallığının artırılmasına yönəlmiş fəaliyyətlər üçün nəzərdə tutulub. Sahibkar özü siyasətdə daha az iştirak etmək niyyətində olduğunu bildirib.

Keçən ilin iyun ayında baş verən qalmaqaldan sonra vitse-prezident Ceyms Devid Vens və Ağ Evin aparat rəhbəri Suzi Uayls Maskla əlaqə saxlayıblar və tezliklə iş adamı Trampa zəng edərək onun bəzi açıqlamalarına görə peşman olduğunu bildirib. Qalmaqala administrasiyanın vergi qanun layihəsi ilə bağlı fikir ayrılıqları səbəb olub.

İndi yenidən yaxınlaşan Tramp və Mask ayda bir dəfə süni intellekt, Çin və beynəlxalq tədbirləri müzakirə edərək söhbət edirlər. Bu arada, adı açıqlanmayan köməkçilərinin sözlərinə görə, Tramp hesab edir ki, münasibətləri artıq əvvəlki kimi yaxın olmayacaq.

Xatərladaq ki, Ağ Ev Maskın dəstəklədiyi Cared İsaakmanın NASA rəhbəri vəzifəsinə namizədliyini geri götürmək qərarına gəldikdən sonra Tramp və Mask arasındakı münaqişə 2025-ci ilin yayında daha da şiddətlənmişdi. Daha sonra Mask Trampın təbliğ etdiyi dövlət xərcləri və vergiləri ilə bağlı qanun layihəsini tənqid edib, bundan sonra tərəflər bir-birini açıq şəkildə ittiham etməyə keçiblər. Xüsusilə, Tramp Maskın şirkətlərinə ayrılan dövlət subsidiyalarını və müqavilələrini dayandırmaqla hədələyib.

Qısa müddət sonra Mask prezidenti tənqid edən bəzi paylaşımlarını silib və bəzi fikirlərinin “həddindən artıq” olduğunu etiraf edib. Tramp bu addımı “çox gözəl” adlandırıb və daha sonra Maskın münaqişə zamanı “bir az qəribə davranmasına” baxmayaraq, onu yenə də dost hesab etdiyini bildirib.

Bəzi nəşrlər ABŞ vitse-prezidenti Vensin Trampla Mask arasında barışığa səbəb olduğunu yazıb. Məlumata görə, o, Maskı prezidentlə mübahisəsindən sonra elan etdiyi öz partiyasını yaratmaqdan çəkindirib.

Musavat.com

Bənzər Xəbərlər

16.08.2026 - 21:42Gülnar Əliyeva

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

16.08.2026 - 21:00Gülnar Əliyeva

Ərinin ikinci arvadının ölməsi üçün “falçı”ya 14 min manat verdi - Bakıda

16.08.2026 - 20:27Gülnar Əliyeva

Subay kişilərə ŞOK QADAĞA - Qadınla birlikdə gəlməsələr...

16.08.2026 - 20:16Gülnar Əliyeva

Ronaldo futboldan gedir - tarixi açıqladı

16.08.2026 - 18:22Gülnar Əliyeva

Sabah bu rayonun 12 kəndində qaz KƏSİLƏCƏK

16.08.2026 - 18:20Gülnar Əliyeva

Heydər Əliyev niyə məhz onu seçdi? – Vəfat edən generalla bağlı detallar

16.08.2026 - 18:18Gülnar Əliyeva

Bu BÜRCLƏR təhlükə altındadır - XƏBƏRDARLIQ

16.08.2026 - 16:17Gülnar Əliyeva

Şəhid övladları üçün “Psixoloji Teatr Təlimləri”nə başlanılır

16.08.2026 - 15:40Gülnar Əliyeva

50 yaşdan yuxarı olanlara ŞOK XƏBƏRDARLIQ 

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 788

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 911

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 877

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 707
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.