Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb.
Yeniera.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bu gün “Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025” beynəlxalq konfransında bildirib.
“Mən Azərbaycanın ərazi bütövlüyünü (2022-ci ilin oktyabrında – red.) Ermənistanın ərazi bütövlüyünü tanımaq üçün tanıdım. Başqa yol sadəcə yox idi”, – o qeyd edib.
Baş nazirin sözlərinə görə, Ermənistanın təhlükəsizliyinin legitimliyi avqustun 8-i Vaşinqtonda paraflanmış sülh sazişi sayəsində daha da möhkəmlənib.

