Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992 ▼0.0061
  • 100 RUB 2.0276 ▲0.0328
  • GBP 2.2468 ▼0.0046
  • TRY 0.0344 ▼0.0001
  • CNY 0.2539 ▼0.0001
  • GEL 0.6553 ▼0.0004
  • 100 KZT 0.3762 ▲0.0011
  • UAH 0.0377 ▼0.0002
  • AED 0.4628
İdman

“Kopenhagen”in Bakıya səfər planı bəlli olub

“Kopenhagen”in Bakıya səfər planı bəlli olub

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Qarabağ”la üz-üzə gələcək Danimarkanın “Kopenhagen” klubunun Bakıya səfər planı bəlli olub.

Bu barədə Yeniera.az-a Azərbaycan çempionunun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, rəqib komanda bu günün ikinci yarısında paytaxtda olacaq:

“Kopenhagen” matçdan bir gün sonra, səhər saatlarında Danimarkaya qayıdacaq. Qonaqları 120-150 azarkeşin dəstəkləyəcəyi gözlənilir”.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.

Paylaş: