• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
6°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Hadisə

Fransaya casusluqda ittiham edilən Martin Ryanın məhkəməsi keçirilib

03 Oktyabr, 25 / 10:28
A A
Fransaya casusluqda ittiham edilən Martin Ryanın məhkəməsi keçirilib

Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Yeniera.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən proses Azad Məmmədlinin ibtidai istintaqa verdiyi ifadəsinin elan olunması ilə davam edib. O, ifadəsində Fransa səfirliyinin əməkdaşı Frederik Devos ilə telefon danışığında görüş təyin etdiyini, amma səbəbini xatırlamadığını bildirib. A.Məmmədli Frederik Devosa CV göndərib. Frederik onu fransız şirkətində işlə təmin edəcəyi ilə bağlı vəd verib.

Digər bir yazışmada Martin Ryan Azad Məmmədliyə deyib ki, klaviaturası işləmədiyi üçün Fransa səfirliyinin digər əməkdaşı Loran Lödit ona səfirlikdən klaviatura və siçan hədiyyə edib. Hədiyyə edərkən bildirib ki, səfirlikdə işlədilməyən çox texnika var. Azad Məmmədlinin bu zaman paranoyası başlayıb. O, fransız diplomatların onları mənbə hesab etdiyini və Loran Löditin həmin əşyalara dinləmə cihazı və ya gizli kamera yerləşdirə biləcəyini düşünüb. O, Martinə bir-birini əvəzləyən fransız diplomatların onları dost kimi deyil, mənbə kimi gördüyünü də söyləyib: “Biz digər insanlardan fərqliyik. Biz Azərbaycanın geosiyasi vəziyyətindən məlumatlıyıq və hətta onları təhlil edib məlumat da verə bilirik”.

Yazışmanın ardında Martin Azada evində izləmə cihazı ola biləcəyindən şübhələndiyini də bildirib. Ona bu məsələni mütəxəssislə dəqiqləşdirməsi təklif olunub. A.Məmmədli Martinin dediklərinin gizlin yazılmasının belə onun üçün xəyanət sayıla biləcəyini də əlavə edib.

Azad Məmmədli Martin Ryandan Fransa səfirliyindən hansısa xeyir əldə edə bilib-bilməyəcəyini soruşub. M.Ryan indiki vaxtda bunun təhlükəli olduğunu deyib.

Söhbətin davamında Martin Ryan Azad Məmmədliyə kəşfiyyatçı Loran Qrardın “Siqnal” yazışma proqramı vasitəsilə Qarabağda antiterror əməliyyatı ilə bağlı informasiya almaq istəyə biləcəyini söyləyib. Lakin bundan əmin ola bilməyib. Çünki həmin vaxt o, daha öncə istifadə etdiyi “Siqnal” tətbiqini silib.

Digər danışıqlarında təqsirləndirilən şəxslər bir-birlərinə Azərbaycanın İranla və ABŞ-la münasibətləri, USAİD-in bağlanmasının ölkədə yarada biləcəyi nəticələrlə bağlı dediklərindən və DTX tərəfindən izlənmə qorxusu olduğundan bəhs edib.

Azad Məmmədlinin ifadəsinin tam elan olunması yekunlaşıb. O, ifadəsini təsdiqləyib və bildirib: “İfadəmdə dediyim kimi, mən agent olmamışam, mənbə olmuşam”.
Növbəti iclas oktyabrın 24-ü şahidlərin dindirilməsi ilə davam edəcək.

İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunublar. DTX tərəfindən “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi üzrə ittiham irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Ən son xəbərləri bizim Instagram hesabımızda izləyin @yeniera
Öncəki Yazı

İsrail ordusu Livana zərbə endirib

Növbəti Yazı

Azərbaycan yeni radio fəaliyyətə başladı

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.