Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Kiyev rejiminin lideri Volodimir Zelenski ruhi bulanıqlıq keçirə bilər.
Yeniera.az xəbər verir ki, o, qeyd edib ki, Zelenski daha çox silah istəyir, lakin eyni zamanda ABŞ-dan hərbi əməliyyatların dayandırılmasına dəstək verəcəyini gözləyir.
“Getdikcə daha çox silah tələb etmək və yanğını dayandırmaq üçün kömək gözləmək yalnız şüurun dumanlı olduğu halda mümkündür”, – deyə Zaxarova “Komsomolskaya Pravda”ya şərhində qeyd edib.
Zelenski daha əvvəl bəyan etmişdi ki, Kiyev Ukraynaya “Tomaqavk” raketləri verəcəyi təqdirdə ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcək. Kiyev rejiminin lideri də ikinci şərt kimi atəşkəs rejimini göstərib. Ukrayna Ali Radası isə Trampın Nobel mükafatına namizədliyini irəli sürməkdən imtina edib.
“Zelenski Trampı aldatmağa çalışır, amma Tramp Bayden deyil”, – deyə Zaxarova vurğulayıb.
Yeganə

