Oktyabrın 15-də Moskvada keçirilməsi planlaşdırılan Rusiya-Ərəb sammiti ABŞ prezidenti Donald Trampın Qəzza planının həyata keçirilməsi səbəbindən təxirə salınıb.
Yeniera.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bu barədə Rusiya prezidenti Vladimir Putin və İraqın baş naziri Məhəmməd Sudani arasında telefon danışığı zamanı razılıq əldə olunub.
Putin və Ərəb Liqası sammitinin hazırkı sədri olan Sudani Trampın planının həyata keçirilməsinin aktiv mərhələsini nəzərə alaraq, dəvət olunmuş ərəb liderlərinin çoxunun Moskvaya gəlməsinin çətin olacağı barədə razılığa gəliblər.
“Rusiya-Ərəb sammitinin daha gec bir tarixə təxirə salınması məqsədəuyğun hesab edilib”, – deyə məlumatda bildirilib.
Rusiya və İraq tərəfləri müvafiq məlumatları diplomatik kanallar vasitəsilə bütün ərəb dövlətlərinin paytaxtlarına ötürəcəklər.
Yeganə

