Dəməşqdəki keçid hökumətinin dəstəklədiyi ərəb qəbilə qüvvələri Suriyanın cənubundakı druzların məskunlaşdığı Əs-Suveyda şəhərinin cənub-qərb rayonlarını atəşə tutub.
Yeniera.az Sham TV-yə istinadən xəbər verir ki, üsyançılar yaşayış məntəqələrinə minaatanlardan atəş açır və pilotsuz təyyarələrdən istifadə edir.
Mülki itkilər barədə məlumat verilmir.
Qeyd edək ki, oktyabrın 21 və 28-də druzların özünümüdafiə qüvvələri Əs-Suveydaya endirilən iki hava hücumunu dəf edib və bir neçə pilotsuz təyyarəni məhv edib.
Dəməşq rəsmiləri druz icmasının ağsaqqallarına əyalətdə baş verən qarşıdurmalardan sonra iyulun 19-da yaradılmış atəşkəsə ciddi riayət etmələri barədə xəbərdarlıq edib.
Rza Əli

