Maqnit fırtınaları zamanı meteohəssas insanlar qan təzyiqində dəyişikliklər, baş ağrısı, zəiflik kimi şikayətlər yaşaya bilər.
Yeniera.az xəbər verir ki, bu barədə “Gemotest” laboratoriyasının həkimi, nevroloq Yekaterina Demyanovskaya RT-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, simptomlar ürək-damar və sinir sisteminin geomaqnit dalğalanmalarına reaksiyası ilə bağlıdır.
Həkim qeyd edib ki, əsas təhlükə bədənin reaksiyası deyil, insanların ağrı ilə necə mübarizə aparmasıdır:
Demyanovskaya maqnit qasırğası zamanı aşağıdakılardan uzaq durmağı məsləhət görülür:
güclü fiziki və emosional gərginlik,
ağır qidalar,
spirtli içkilər,
artıq kofein.
Həkimlər qeyd edir ki, düzgün maye balansının qorunması vacibdir. Təmiz su maddələr mübadiləsini və damar tonunu normallaşdırmağa kömək edir.
Baş ağrısı zamanı isə həkimlər qeyri-dərman üsullarını tövsiyə edir:
qan təzyiqini ölçmək,
otağı havalandırmaq,
zəif işıqlı sakit otaqda uzanmaq.
YENİERA.AZ

