Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Rus generaldan Bakıya SENSASİON xəbərdarlıq – Nə baş verir?
  • Bakıda DƏHŞƏT – Bu mərkəzdə kişilərə işgəncə verilirmiş – ŞOK FAKTLAR
  • Naxçıvana uçan təyyarələr Bakıya GERİ QAYITDI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – Prezidentdən SƏRƏNCAM

Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – Prezidentdən SƏRƏNCAM

Siyasət Emin Farzaliyev28.01.2026 - 19:48
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM

Bu il böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illiyi tamam olur.

Yeniera.az xəbər verir ki, Prezident İlham Əliyev şairin yubileyinin qeyd edilməsi ilə bağlı yanvarın 28-də Sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sənəddə, həmçinin qeyd edilib ki, Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır.

Zəmanəsinin ən müxtəlif elmlərini dərindən bilən və Şərqin çoxəsrlik mədəni ənənələri zəminində əzəmətlə yüksələn qüdrətli söz ustası şeiriyyətin zirvəsində dayanan sənət nümunələrindən ibarət zəngin bir irs qoyub gedib.

Ədalətə çağırış, mübarizə ruhu və şəxsiyyət azadlığı, mənəvi ucalıq, insan ləyaqəti və idrakın gücünə inam bu nadir irsin səciyyəvi cəhətləridir.

Mütəfəkkir sənətkar ictimai-fəlsəfi və didaktik-əxlaqi düşüncələrdən yoğrulan, yüksək estetik dəyərə malik humanist məzmunlu əsərlərində sosial-tarixi hadisələri özünəməxsus bədiiliklə mənalandırıb və bunlardan ibrət almağı tövsiyə edib.

Xaqani yaradıcılığında parlaq lirik lövhələrlə ifadəsini tapan vətənpərvərlik motivləri şairin doğma yurda və onun gözəlliklərinə sonsuz sevgisinin dolğun poetik təzahürüdür.

Əsrinin mədəni həyatı ilə heyrətamiz dərəcədə sıx bağlı olan Xaqani Şirvani klassik ədəbiyyata qazandırdığı yeniliklərlə bütövlükdə Yaxın və Orta Şərq xalqlarının ədəbi-fəlsəfi fikrinin inkişafına qüvvətli təsir göstərib. Sonrakı yüzilliklərin ustad şairləri Xaqani dühasına həmişə ehtiramla yanaşıb, məktəb kimi ondan bəhrələniblər.

Bənzər Xəbərlər

12.06.2026 - 22:55Ariz Əhədov

Rus generaldan Bakıya SENSASİON xəbərdarlıq - Nə baş verir?

12.06.2026 - 22:40Ariz Əhədov

Bakıda DƏHŞƏT - Bu mərkəzdə kişilərə işgəncə verilirmiş - ŞOK FAKTLAR

12.06.2026 - 22:00Ariz Əhədov

Naxçıvana uçan təyyarələr Bakıya GERİ QAYITDI

12.06.2026 - 18:35Ariz Əhədov

Netanyahu İlham Əliyevi təbrik etdi

12.06.2026 - 18:31Ariz Əhədov

Prezident fərman imzaladı

12.06.2026 - 18:07Ariz Əhədov

“Facebook” və “Instagram” çökdü

12.06.2026 - 16:30Ariz Əhədov

Tanınmış bloger canlı yayım zamanı VƏFAT ETDİ

12.06.2026 - 16:18Ariz Əhədov

Bu rayonlarda ehsan ləğv olunub — SİYAHI

12.06.2026 - 16:11Ariz Əhədov

Vüsal Aslanovun müşaviri rəhbər təyin edildi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 753

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 342

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 057

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 290
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.