Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9094 ▲0.0004
  • 100 RUB 2.0358 ▲0.0068
  • GBP 2.2657 ▲0.0041
  • TRY 0.0343
  • CNY 0.2545 ▲0.0004
  • GEL 0.6546 ▼0.0004
  • 100 KZT 0.3752 ▼0.0003
  • UAH 0.0379
  • AED 0.4628
Özəl

Generalın qızı Baş Prokurora və nazirə müraciət etdi – VİDEO

Generalın qızı Baş Prokurora və nazirə müraciət etdi – VİDEO

Xəbər verdiyimiz kimi, iki ay öncə adı Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin keçmiş rəisi, general-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva ilə xoşagəlməz olayda hallanan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrahimov vəzifəsindən azad edilib. 

YENİERA.az-ın əldə etdiyi məlumata görə, vəzifədən azad edilən Fuad İbrahimov dərhal xanım mediator Türkər Əliyevanı xüsusi ittiham qaydasında məhkəməyə verib.

Ötən gün Fuad İbrahimovun şikayəti əsasında keçirilən məhkəmənin üçüncü iclası baş tutub.

Mediator Türkər Əliyeva indiyədək baş tutan məhkəmə iclasları zamanı gördüyü bir sıra neqativ məqamlardan söz açıb.

Bu barədə o, videomüraciət yayımlayıb.

Videomüraciətində Türkər Əliyeva iddia edib ki, keçmiş idarə rəisi Fuad İbrahimov bugünədək keçirilən üç məhkəmə proseslərinin yalnız birində iştirak edib.

Mediatorun sözlərinə görə, F.İbrahimovun lehinə çıxış etmək üçün məhkəmədə 17 nəfər yalançı şahid iştirak edib. T.Əliyeva müraciətində bildirib ki, məhkəmədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin hüquqşünası Cavid Vəlizadə də iştirak edib. Əliyeva onun məhkəmədə şahidlik etməsini absurd kimi qiymətləndirib.

O bildirib ki, Fuad İbrahimov vəzifədən azad edildikdən sonra Türkər Əliyevanı məhkəməyə verib. Sual yaranır ki, bəs, vəzifədən azad edilən şəxs barədə məhkəmə zamanı hüquqşünas necə ifadə verə bilər?

General Natiq Əliyevin qızı onu da əlavə edib ki, idarədə baş vermiş xoşagəlməz hadisə zamanı orada iştirak etməyən şəxslər məhkəmə prosesində şahid qismində ifadə verərək Fuad İbrahimovun müdafiəsinə qalxıblar. Nəticədə, mediator məhkəmədə şahidlik edən şəxslərdən də şikayətçi olduğunu bəyan edib.

Mediator onu da iddia edib ki, məhkəmədə Elnur Əsgərov adlı polis işçisi işdən çıxarılan keçmiş rəisin xeyrinə şahidlik edib.

T.Əliyeva vurğulayıb ki, 4 saylı Abşeron Ərazi İdarəsinin sektor müdiri Orxan Əlizadə Fuad İbrahimovun ən yaxın dostudur. O da məhkəmədə həqiqətə uyğun olmayan ifadə verib.

Mediatorın iddialarına əsasən, Orxan Əlizadə aylar öncə yayılan görüntülərdə öncədən ssenari quraraq, qazilərə tapşırıq verərək, onları mediatorun üzərinə salıb və neqativ davranışlar nümayiş etdirib.

General Natiq Əliyevin qızı Türkər Əliyeva Abşeron Rayon Məhkəməsinin hakimi Elvin Teymurzadəyə də müraciət edərək məhkəmənin şəffaf və ədalətli keçirilməsini xahiş edib.

Sonda mediator və hüquqşünas xanım Daxili İşlər Naziri Vilayət Eyvazova və Baş Prokuror Kamran Əliyevə müraciət edərək pozulmuş hüquqlarının bərpa olunmasını, yalan ifadə verərək qanunsuzluğu müdafiə edən şəxslərin cəzalandırılmasını, dövlət qurumlarında ədalətin bərqərar olunması üçün qanunsuzluq törədən və onu ört-basdır edən hər bir şəxsin qanun qarşısında cavab verməsini xahiş edib.

Paylaş: