Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Prezident Administrasiyasında vətəndaş qəbulunun sentyabr – Cədvəli
  • “Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək
  • Məşhur plastik cərrahların sertifikatı yox imiş – “Xətai Estetik Klinikası”…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Prezident iranlı naziri qəbul etdi – Fotolar

Prezident iranlı naziri qəbul etdi - Fotolar

Siyasət Ariz Əhədov23.02.2026 - 11:13
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

YENİERA.az xəbər verir ki, söhbət zamanı Fərzanə Sadiqin ötən il ölkəmizə səfəri və Prezident İlham Əliyevlə görüşü məmnunluqla xatırlanıb.

Dövlət başçısı bir müddət əvvəl İran Prezidenti Məsud Pezeşkianla telefon danışığını xatırladaraq, həmin telefon söhbəti əsnasında dost ölkələr kimi Azərbaycanla İran arasında qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu deyib.

İkitərəfli gündəliyin genişlənməsini məmnunluqla qeyd edən Prezident İlham Əliyev Azərbaycanla İranın birgə icra etdiyi layihələrin həm ölkələrimiz, həm də region üçün geniş imkanlar açacağını vurğulayıb. Dövlət başçısı Fərzanə Sadiqin ölkəmizə səfəri çərçivəsində bütün bu məsələlərin müzakirə ediləcəyinə və səfərin yaxşı nəticələrinin olacağına ümidvarlığını bildirib.

Azərbaycana yenidən gəlməsindən məmnunluğunu ifadə edən Fərzanə Sadiq qəbula görə dövlət başçısına minnətdarlıq edib.

O, İranın Prezidenti Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdırıb və vurğulayıb ki, İran Prezidenti Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Məsud Pezeşkiana çatdırmağı xahiş edib.

Fərzanə Sadiq ölkələrimiz arasında tarixi, dini və mədəni əlaqələrin mövcud olduğunu vurğulayıb.

Söhbət zamanı Bakıda keçiriləcək “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası”nın 17-ci iclasının əhəmiyyətinə toxunuldu, Şimal-Cənub nəqliyyat dəhlizi, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün inşası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Bənzər Xəbərlər

25.08.2026 - 18:25Gülnar Əliyeva

Prezident Administrasiyasında vətəndaş qəbulunun sentyabr - Cədvəli

25.08.2026 - 18:10Gülnar Əliyeva

“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək

25.08.2026 - 17:40Gülnar Əliyeva

Zelenski İlham Əliyevə təşəkkür etdi

25.08.2026 - 16:42Gülnar Əliyeva

Prezident MÜHÜM fərman imzaladı

25.08.2026 - 16:31Gülnar Əliyeva

İlham Əliyev SƏRƏNCAM İMZALADI

25.08.2026 - 16:13Gülnar Əliyeva

81 yaşlı Polad Bülbüloğlu boşanıb, yenidən EVLƏNDİ

25.08.2026 - 11:36Gülnar Əliyeva

Prezidentlə xanımı vida mərasiminə əklil göndərdi - Foto

24.08.2026 - 18:36Gülnar Əliyeva

Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı

24.08.2026 - 17:50Gülnar Əliyeva

Zelenski Hikmət Hacıyevi təltif edib

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 883

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 975

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 931

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 748
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.