Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR: Ağır durumdadır
  • Ramiz Mehdiyevin ŞOK görüntüləri yayıldı – İlk dəfə… – VİDEO
  • Üç BÜRCÜN işləri tezliklə kəskin şəkildə yaxşılaşacaq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Anası “Rüzgar”ı öldürəni bağışladı

Anası “Rüzgar”ı öldürəni bağışladı

Hadisə Ariz Əhədov23.02.2026 - 17:40
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə paytaxtda qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

YENİERA.az Lent.az-a istinadən xəbər verir ki, məhkəmə zərərçəkənin hüquqi varisinin ifadəsi ilə davam edib.

Zərərçəkənin hüquqi varisi olan anası İ.S təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib:

“Yasin Mingəçevir universitetində qiyabi təhsil alırdı. Tətil üçün evə gələcəkdi, amma gəlib çıxmadı. Mən yolpulunu göndərdim ona, mənə dedi ki, Şamaxıya gəlirəm, əşyalarımı qablaşdırmışam. Sonra onun instaqramdakı paylaşımından məlum oldu ki, o Türkiyəyə gedib. Ağlaya-ağlaya qayınlarıma zəng elədim ki, Yasin evə gəlmədi. Onlar da onun ardınca Türkiyəyə getdi. Mənə dedilər ki, Yasin gəlmək istəmədi. Hadisənin necə baş verdiyini görməmişəm. Oğlumun ölümündən hadisənin səhəri gün xəbər tutdum. Qaynımdan şikayətçi deyiləm, onu bağışlamışam”.

Məhkəmə İ.S-nın ilkin istintaq zamanı verdiyi ifadəni elan edib:

“Yasin cinsi azlıq nümayəndəsi idi. Onun bu hərəkətləri ailəmizdə ona qarşı nifrət yaratmışdı. Babək müharibə iştirakçısı idi, o qardaşı oğlunun cinsi azlıq olduğunu qəbul edə bilməzdi”.

Növbəti prosesi 4 mart 17:30-a təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci il noyabrın 6-da Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb. Həmin vaxt 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov bıçaqlanaraq öldürülüb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun 38 yaşlı əmisi Babək İbadov tutulub.

Qətlə yetirilən “Rüzgar” ləqəbli Yasin İbadovun LGBT nümayəndəsi olduğu bildirilirdi.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb, B. İbadova Cinayət Məcəlləsinin 120.2.2 120.2.4 221.3 228.5 maddələri ilə ittiham irəli sürülüb.

Bənzər Xəbərlər

29.04.2026 - 22:47Ariz Əhədov

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR: Ağır durumdadır

29.04.2026 - 22:08Ariz Əhədov

Ramiz Mehdiyevin ŞOK görüntüləri yayıldı – İlk dəfə… – VİDEO

29.04.2026 - 20:40Ariz Əhədov

Üç BÜRCÜN işləri tezliklə kəskin şəkildə yaxşılaşacaq 

29.04.2026 - 20:25Ariz Əhədov

Kəmaləddin Heydərov rəis müavini təyin etdi

29.04.2026 - 19:40Ariz Əhədov

14 yaşlı qızla hamamda boğulan gəncin SON GÖRÜNTÜLƏRİ - VİDEO

29.04.2026 - 19:20Ariz Əhədov

“Almaniyada rifah dövrü başa çatdı”

29.04.2026 - 18:55Ariz Əhədov

Növbəti iclas Azərbaycanda keçiriləcək

29.04.2026 - 18:40Ariz Əhədov

Metro və avtobuslarda gedişhaqqı ilə bağlı YENİLİK

29.04.2026 - 18:25Ariz Əhədov

“Neftçi” – “Qarabağ” matçının hakimləri açıqlandı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 284

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 074

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 953

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 167
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.