Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8666
  • 100 RUB 2.0737
  • GBP 2.2283
  • TRY 0.0336
  • CNY 0.2548
  • GEL 0.6564
  • 100 KZT 0.3777
  • UAH 0.0378
  • AED 0.4628
Dünya

Qardabanidə azərbaycanlı iş adamına silahlı hücum: Saxlanılan var

Qardabanidə azərbaycanlı iş adamına silahlı hücum: Saxlanılan var

Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində silahlı insident baş verib.

YENİERA.AZ xəbər verir ki, azərbaycanlı iş adamı Duriç Hacıyevin avtomobili atəşə tutulub.

Hadisə iş adamı azyaşlı övladları ilə birlikdə evə qayıdarkən baş verib. İnsident nəticəsində xəsarət alan olmayıb.

Silahlı hücumun maliyyə mübahisəsi zəminində baş verdiyi ehtimal edilir.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə əlaqədar bir nəfər saxlanılıb. Həmin şəxs ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhddə iştirak etməkdə ittiham olunur.

Hadisə ilə əlaqəsi olduğu bildirilən ikinci şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir./APA

Paylaş: