Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bakı Metrosunda bu cür əyləşənlər HƏBS OLUNACAQ
  • Müdafiə Nazirliyi MƏLUMAT YAYDI
  • “Həkimin ölməsi ilə bağlı məlumat yalandır” – Rəsmi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Qənirə Paşayevanın ölüm səbəbi: Komaya düşməzdən əvvəl bacısına nə deyib?

Qənirə Paşayevanın ölüm səbəbi: Komaya düşməzdən əvvəl bacısına nə deyib?

Cəmiyyət Ariz Əhədov10.03.2026 - 17:55
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Son yay tətilində Türkiyəyə getmişdi. “Addım-Addım Türkiyə” filminin çəkilişlərini edirdi. Türkiyədə olsam da, bu müddət ərzində onu 2 dəfə görə bildim. Orada bəzi bölgələr çox isti, bəzilərində isə həmin dövrdə terror təhlükəsi vardı. Lakin bütün bunlara baxmayaraq o filmi çəkdi. Bu gün də televiziyada nümayiş olunur”.

YENİERA.az xəbər verir ki, bunu müsahibəsində mərhum deputat Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva deyib.

K.Paşayeva bacısının ölümündən öncəki bir aylıq müddəti belə xatırlayıb:

“Çox yorğun idi. Bəzi vilayətləri çəkə bilməmişdi. Sentyabrın 8-də mənə zəng vurub dedi ki, mən gedirəm. Asiya Parlament Assambleyasının iclası var idi. Dedi ki, orada iştirak edib geri qayıdacağam. Ege bölgəsini çəkmək üçün gələcəkdi. Sentyabrın 28-də komaya düşdü, xəstəxanaya yerləşdirildi. Lakin heç birimiz bunu gözləmirdik. Çünki o, nə qədər yorğun da olsa, xəstə də olsa, hər zaman ayaq üstə idi”.

Deputatın bacısı onun ölüm səbəbi ilə bağlı iddialara aydınlıq gətirib:

“Sosial mediada, saytlarda onun haqqında fərqli fikirlər yayıldı. İnsanlar həkimlərin dediyi rəsmi açıqlamaya heç fikir də vermədilər. Onun sürətlə arıqlaması, xərçəng xəstəsi olması və s. fikirlər yayıldı. O, iddia edildiyi kimi arıqlama dərmanları qəbul etməyib. Sadəcə komaya düşməzdən 2 il qabaq mədəkiçiltmə əməliyyatı etdirmişdi. Çünki xeyli kökəlmişdi və onun sağlamlıq vəziyyətinə təsir edəcəyi üçün həkimlər belə qərar vermişdi. Gələcəkdə şəkər kimi xəstəliklərdən əziyyət çəkməməsi üçün əməliyyat olundu. Lakin ölümünün onunla heç bir əlaqəsi yoxdur. Onkoloji xəstəliyi də yox idi. Sadəcə olaraq çox yorğun idi. Özünə diqqət etmirdi. Son 3 gündə də qrip olmuşdu. Anidən təziqi enmişdi, yəni bədən “Hipotonik vəziyyət”ə keçmişdi. Qənirə xanımın ölümü bunun nəticəsində baş verib. Hər kəsin bir ölüm səbəbi və hekayəsi var. Onunki də belə oldu. Allahın yazdığı taledir. Nə bir dəqiqə tez, nə bir dəqiqə gec…” (“Yeni Sabah”)

Bənzər Xəbərlər

02.05.2026 - 15:04Ariz Əhədov

Bakı Metrosunda bu cür əyləşənlər HƏBS OLUNACAQ

02.05.2026 - 14:00Ariz Əhədov

 Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

01.05.2026 - 17:25Ariz Əhədov

“Həkimin ölməsi ilə bağlı məlumat yalandır” - Rəsmi

01.05.2026 - 17:10Ariz Əhədov

Ana və bacısını qətlə yetirən Kainat - Cəzadan azad edildi

01.05.2026 - 16:15Ariz Əhədov

Qurban Qurbanovun əsas heyətdən qovduğu oyunçu Belçikaya getdi

01.05.2026 - 16:03Ariz Əhədov

Maştağadakı ruhi dispanserin xəstələri QAÇIB? – RƏSMİ AÇIQLAMA

01.05.2026 - 15:38Ariz Əhədov

Saleh Məmmədov pul ayırmır - Aylardır maaşsız qalıblar

01.05.2026 - 15:25Ariz Əhədov

Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu

01.05.2026 - 15:12Ariz Əhədov

Partlayışda yaralanan həkim vəfat etdi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 336

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 111

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 962

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 187
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.