Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Sabahın havası ilə bağlı vacib XƏBƏRDARLIQ
  • ​Zaur Baxşəliyev yenə ATV-dədir
  • Əməkdar artist vəfat etdi – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Elektron siqaret qadağası – Daha hansı məhsullara şamil olunur?

Elektron siqaret qadağası - Daha hansı məhsullara şamil olunur?

Gündəm Ariz Əhədov03.04.2026 - 10:45
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Məlum olduğu kimi, 2026-cı ilin aprelin 1-dən etibarən elektron siqaretlərin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı, satış məqsədilə saxlanılması və istifadəsi qadağan olunur. Bununla əlaqədar müvafiq cərimələr də müəyyənləşib, belə ki, Milli Məclis İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini də üçüncü oxunuşda qəbul edib.

Yeniera.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək. Bundan əlavə, elektron siqaretlərdən ictimai yerlərdə istifadə edənlər 30 manat cərimə ediləcəklər.

Bəs elektron siqaretlərə tətbiq edilən qadağa alışdırılmadan nəfəsə çəkilən IQOS kimi digər nikotin və tütün məhsullarına da şamil edilirmi?

Mövzu ilə bağlı Azərbaycanda nikotin məhsullarının satışı ilə məşğul olan “Tabar” mağazalar şəbəkəsinin satış üzrə direktoru Tural Hacızadə Musavat.com-a bildirib ki, qızdırılan tütün məmulatları ilə elektron siqaretlər tamamilə fərqli kateqoriyalardır və qadağa yalnız elektron siqaretlərə aiddir: “Tütün və tütün məmulatı haqqında qanuna edilən müvafiq dəyişikliklərə görə qızdırılan tütün məmulatları və elektron siqaretlər iki fərqli kateqoriya kimi müəyyən edilmiş və qadağanın yalnız elektron siqaretlərə aid olduğu açıq şəkildə qeyd edilib”.

Qeyd edək ki, elektron siqaretlərin və qızdırılan tütün məmulatlarının tərkibi də fərqlidir. Elektron siqaretlər tərkibində nikotin olan və ya olmayan mayenin qızdırılması nəticəsində əmələ gələn buxarın nəfəslə çəkilməsi ilə istehlak olunur. Qızdırılan tütün məmulatları isə həqiqi tütünü, yəni tütün çubuğunu qızdıraraq aerozol əmələ gətirir.

Bənzər Xəbərlər

26.04.2026 - 23:08Ariz Əhədov

Sabahın havası ilə bağlı vacib XƏBƏRDARLIQ

26.04.2026 - 22:32Ariz Əhədov

​Zaur Baxşəliyev yenə ATV-dədir

26.04.2026 - 22:10Ariz Əhədov

Əməkdar artist vəfat etdi - FOTO

26.04.2026 - 21:50Ariz Əhədov

Maaş artımları ilə bağlı mühüm açıqlama

26.04.2026 - 20:00Ariz Əhədov

Bu çiyələyi ALMAYIN – Zəhərlənə bilərsiniz

26.04.2026 - 19:15Ariz Əhədov

Üç maşın toqquşdu- Xəsarət alan var

26.04.2026 - 01:02Ariz Əhədov

​Bazar günləri bəxti gətirən 5 bürc

25.04.2026 - 20:34Ariz Əhədov

“Azəraqrar”da skandal qərar – Haqqında cinayət işi açılanlar yenidən vəzifəyə gətirilir

25.04.2026 - 19:31Ariz Əhədov

Nizami Tibb Mərkəzində külli miqdarda rüşvət: 150 min manat kimə verilib?

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 225

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 023

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 933

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 142
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.