Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Yeniera.az xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Hyundai”, “Opel” və “VAZ 2104” markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı 1990-cı il təvəllüdlü Seymur İsmayılov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. Qafqazinfo.az

