Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Maaş artımları ilə bağlı mühüm açıqlama
  • Bu çiyələyi ALMAYIN – Zəhərlənə bilərsiniz
  • Üç maşın toqquşdu- Xəsarət alan var
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Bu çiyələyi ALMAYIN – Zəhərlənə bilərsiniz

Bu çiyələyi ALMAYIN – Zəhərlənə bilərsiniz

Cəmiyyət Ariz Əhədov26.04.2026 - 20:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Hələ yaz mövsümündə olsaq da, artıq marketlərdə, bazarlarda yay meyvələri satılmağa başlayıb. Bunlardan biri də çiyələkdir. Düzdür, qiymət əlbəttə, yayla müqayisədə yüksək olsa da, alıcıları əsas düşündürən məqam çiyələklərin görünüşüdür.

Belə ki, hazırda satılan çiyələklərin ölçüləri həddindən artıq iridir. Bu da alıcıları alıb-almamaq barəsində qərarsız qoyur. Bəziləri düşünür ki, çiyələyin belə iri olması ona müxtəlif dərmanların vurulmasıyla əlaqədardır.

Bu nə dərəcədə reallığa uyğundur?

Yeniera.az xəbər verir ki, mövzuyla bağlı qida eksperti Asim Vəliyev Bizim.Media-ya açıqlamasında çiyələyin həddindən artıq böyük olması həm sort xüsusiyyəti, həm də gübrələr və stimullaşdırıcılar ilə əlaqədar olduğunu bildirib.

“Böyük olması tək başına zəhərlənmə göstəricisi deyil. Amma bu cür meyvələrdə nitrat və pestisid qalıqlarının olma ehtimalı, həmçinin dad və vitamin dəyərinin aşağı olması faktdır.
Müasir kənd təsərrüfatında uzaq məsafəyə daşınmaya davamlı, rəngi cəlbedici və ölçüsü böyük olan hibrid sortlardan istifadə olunur. Bu sortlar genetik olaraq iri olur, lakin çox vaxt klassik çiyələk ətrindən məhrumdurlar.

Bitkinin meyvəsini sürətlə şişirtmək üçün azotlu gübrələrdən normadan çox istifadə edildikdə meyvə hüceyrələri su ilə dolur və həddindən artıq böyüyür.

Meyvənin hüceyrə bölünməsini sürətləndirən hormonal preparatlar çiyələyin formasının deformasiyasına və qeyri-təbii ölçülərə çatmasına səbəb olur”.

Ekspert vurğulayıb ki, əgər iri çiyələyi kəsərkən ortasında böyük boşluq görürüksə, meyvənin stimullaşdırıcılar sayəsində daxili toxumalar yetişmədən sürətlə şişdiyinin əlamətidir.

Bəs intensiv gübrələmə orqanizmə necə təsir edir?

“İntensiv gübrələmə nəticəsində meyvədə toplanan nitratlar orqanizmdə nitritlərə çevrilərək qanın oksigen daşıma qabiliyyətini azalda bilər. Sürətlə böyüyən meyvə lazımi qədər günəş görmədiyi üçün onda C vitamini və antioksidantlar təbii çiyələkdən az olur”.

Asim Vəliyev sağlam çiyələyi seçməyin yollarından da danışıb:

“Çiyələk seçərkən əgər iri və qırmızıdırsa, heç bir qoxusu yoxdursa, demək təbii yolla yetişməyib. Təbii çiyələyin ətri uzaqdan hiss olunmalıdır. Çiyələyin üzərindəki xırda sarı nöqtələr meyvənin səthindən dərindədirsə, ya rəngi tünd qırmızı deyil, süni bir parlaqlıqdadırsa, ehtiyatlı olmalıyıq.
Meyvənin üzərində ağ, ya yaşıl ləkələrin olması onun hələ daxilən yetişmədiyinin əlamətidir. Xaricdən qızardıldığını göstərir. Erkən mövsüm çiyələklərini yuyarkən onları sirkəli, ya sodalı suda on dəqiqə saxlamalıyıq.

Bu meyvənin səthindəki pestisid qalıqlarını neytrallaşdırmağa kömək edir. Amma meyvənin daxilinə keçmiş nitratları yumaqla təmizləmək mümkün deyil. Ən yaxşı seçim may ayının ortalarını, açıq sahə çiyələyinin çıxmasını gözləməkdir”.

Bənzər Xəbərlər

26.04.2026 - 21:50Ariz Əhədov

Maaş artımları ilə bağlı mühüm açıqlama

26.04.2026 - 19:15Ariz Əhədov

Üç maşın toqquşdu- Xəsarət alan var

26.04.2026 - 01:02Ariz Əhədov

​Bazar günləri bəxti gətirən 5 bürc

26.04.2026 - 01:01Ariz Əhədov

Kombilərlə bağlı QƏRAR VERİLDİ: İcazə verilməyəcək – VİDEO

25.04.2026 - 20:34Ariz Əhədov

“Azəraqrar”da skandal qərar – Haqqında cinayət işi açılanlar yenidən vəzifəyə gətirilir

25.04.2026 - 19:31Ariz Əhədov

Nizami Tibb Mərkəzində külli miqdarda rüşvət: 150 min manat kimə verilib?

25.04.2026 - 19:24Ariz Əhədov

Dahi Sənətkarın İşığına Toplaşanlar: Musiqi və Elm Vəhdətdə

25.04.2026 - 18:40Ariz Əhədov

Trampdan sonra kim prezident olacaq? - Adlar

25.04.2026 - 18:30Ariz Əhədov

Bakıda iki nəfərin meyiti tapıldı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 220

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 020

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 929

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 133
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.